İnternat məktəbində dəhşətli qətl: Qadını boğub öldürdü

2022-11-19 19:36:00

İnternat məktəbində dəhşətli qətl: Qadını boğub öldürdü

Yevlaxda ər arvadını boğaraq öldürüb. 

Hadisə keçmiş məcburi köçkünlərin məskunlaşdığı internat məktəbində qeydə alınıb. 

Kəlbəcər rayonun Qılınclı kənd sakinləri 1993-ci il təvəllüdlü Anar Salmanov və ondan 7 yaş kiçik Nuridə Salmanova Bərdə rayonunda yaşayıblar.

Cütlüyün 2 azyaşlı övladları var. 16 yaşında ailə quran Nuridə həyat yoldaşı və övladları ilə anası evinə gəlib. Bu zaman ər və arvadın arasında mübahisə yaranıb.

Anar Salmanov təsərrüfat ipi ilə həyat yoldaşı Nuridə Salmanovanı boğaraq öldürüb. Hadisə zamanı ailə üzvləri digər otaqda olub. Qətlə yetirilən qadının anası hadisə zamanı heç bir səs eşitmədiyini deyib. 

Baş verən hadisə ilə bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb. İlkin araşdırımalar zamanı Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuridə Salmanovanı iplə boğaraq öldürdüyünə dair əsaslı şübhələr yaranıb.

Anar Salmanov tutularaq, istintaqa cəlb edilib.

 

\\ Apa


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.151296