Saat:02:53
Haqqımızda

İnsanların gözünə COVİD-19 vaksini ilə "üfürülən kül"ü qrip vaksini ilə silmək son çıxış yoludur...

2021-09-17 20:41:00

İnsanların gözünə COVİD-19 vaksini ilə

Rusiyanın səhiyyə naziri Mixail Muraşko sentyabrın 17-də jurnalistlərə verdiyi müsahibədə, COVID-19 və qrip vaksinlərin eyni zamanda vurulmasının təhlükəsizliyi və effektivliyinin rus mütəxəssisləri tərəfindən klinik araşdırılma çərçivəsində öyrənildiyini bildirib.

"Koronavirus və qrip vaksinlərinin eyni vaxtda tətbiqinin təhlükəsizliyinin və effektivliyinin qiymətləndirməsi üçün klinik tədqiqatlar heyvanların üzərində aparılır. Nəticələrə əsasən, gələcək addımlar barədə qərarlar veriləcək ”, -deyə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri bildirib.
Eyni zamanda, Muraşkonun sözlərinə görə, tədqiqat bitməmiş və bütün lazımi nəticələr ortaya qoyulmamışdan əvvəl vətəndaşlar minimum müddəti 1 ay olan peyvəndlər arasındakı fasiləyə riayət etməlidirlər.

P.S. Maraqlıdır ki, COVİD-19 və qrip vaksinlərinin eyni zamanda tətbiq edilməsinin siqnalı Böyük Britaniyanın vaksin pasportlarının ictimai yerlərdə tətbiq olunmayacağı qərarı verilməsi ilə paralel açıqlanmışdı. Səbəbin nə olduğuna dair təxminlərdə ilk yerdə ağla COVİD-19 vaksinlərinin gözlənildiyi effekti verməməsi, buna görə də koronavirus ilə qrip simptomlarının bənzər olması, kovidin yaratdığı fəsad və simptomların qrip vaksini ilə ən azı yüngülləşdirilməsi, qarşısının alınması, qrip vaksininin faydalı nəticəsinin isə COVİD-19-un ayağına yazılması gəlir. Çünki COVİD-19 vaksininin nə xəstəliyi, nə yoluxmanı azaltmadığı,əksinə vaksin olunnmuş şəsxin avtomatik virus yaydığı, peyvəndlənməmş şəxsləri virusa yoluxdurduğu haqda dünyanın müxtəlif yerlərindən xəbərlər gəlməkdədir. Eləcə də bu vaksinin vurulduğu şəxslərdə, xüsusiləyeniyetmə oğlanlarda ürək miokardı-ürək iltihabı aşkarlandığına dair məlumatlar da tibbi nəşrlərdə yayınlanmaqdadır. Görünür, COVİD-19 vaksininin məntiqi olaraq vurulduğu şəxsləri virus daşıyıcısı durumuna salmaqla yaratdığı fəsadları qrip vaksini ilə söndürmək, ört-basdır etmək insanların "gözünə kül üfürmək" üçün ən ideal yoldur...Bəs vaksindən vəfat edənlərin hesabını kim verəcək? Bunun məsuliyyətini kim boynuna götürməlidir...   
Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR