Saat:03:43
Haqqımızda

"İnsanlarımız o qədər bəsit, primitiv şəkildə danışırlar ki, adam onların yerinə əziyyət çəkir" - FUAD QƏHRƏMANLI

2024-02-13 13:45:59

"Müğənnilər elə oxuduqları ara mahnılarına tam uyğundurlar, zövqsüz, estetikadan məhrum, dedi-qodu, vulqar ifadələrlə nə qədər primitiv və dayaz olduqlarını göstərməkdən sanki zövq alırlar"

""Azadlıq" radiosunun küçədə prezident seçkiləri ilə bağlı keçirdiyi sorğu qarşıma çıxdı. Müxbirin sualına cavab verən şəhər sakinləri 3 kəlmə sözü bir-birinin ardınca qoşub danışa bilmirdilər. İnsanların mövqeyi məsələsi ilə işim yox, fərqi yoxdur sən hakimiyyəti müdafiə edirsən, ya əleyhinəsən. Çox acınacaqlı vəziyyətdəyik. Adamlar öz fikrlərini normal şəkildə ifadə edə bilmirlər, danışmağa söz tapmırlar, hıqqına-hıqqına qalırlar, bəlkə də bir çoxlarının heç ifadə etməyə fikri yoxdur". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı qeyd edib.

Siyasi şərhçinin qənaətincə, bu, təkcə nitq mədəniyyəti problemi deyil, həm də təfəkkür qıtlığı, dünyagörüş məhdudluğu, təhsilsizliyin doğurduğu cahahilliyin göstəricisidir: "Yəqin ki, Türkiyə və Rusiya kanallarında da jurnalistlərin sadə vətəndaşların müxtəlif məsələlərlə bağlı fikirlərini soruşduqlarını yəqin ki, çoxunuz görüb dinləmisiniz. Onlar bizdən fərqli olaraq çox səlist və aydın formada, həm də daha səviyyəli şəkildə danışırlar, düşüncələrini çətinlik çəkmədən çatdıra bilirlər. Müqayisədə bizim camaat çox acınacaqlı durumdadır, insanlarımız o qədər bəsit, primitiv şəkildə danışırlar ki, adam onların yerinə əziyyət çəkir. Təəssüf ki, milli tv məkanında da eyni, bənzər durum var. Hərdən internetdə yerli tv lərin verlişləri qarşıma çıxır. İlahi, efirdə necə bəsit, səviyyəsiz, məişət dedi-qodusuna bənzər bayağı danışıqlar, müzakirələr gedir. Müğənnilər elə oxuduqları ara mahnılarına tam uyğundurlar, zövqsüz, estetikadan məhrum, dedi-qodu, vulqar ifadələrlə nə qədər primitiv və dayaz olduqlarını göstərməkdən sanki zövq alırlar. Bunları "şirəçəkən maşına atıb çəksən" bir zərrə belə təfəkkür, intellekt, dünyagörüş çıxmaz".

Fuad Qəhrəmanlı  əlavə edib ki, aktyorlarımız isə çəkildiklər filim haqqında mühakimə yürütməkdə çətinlik çəkirlər, fəlsəfi, bədii duyum yox, bəsit və primitiv dağınıq söhbətlər etməkdən o yana gedə bilmirlər: "Müqayisə üçün Türkiyə və Rusiya kanalarında aktyorların çıxışlarını xatırlayın, sanki kinoşünas, tənqidçi kimi fəlsəfi mühakimələr yürüdürlər. Müğənni və aktyorları ona görə ayrıca qeyd etdim ki, efir demək olar ki, bütünlüklə onların ixtiyarına verilib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.302504