Saat:16:20
Haqqımızda

İnsanları ziyarətgahlara aparmaq adı ilə aldadan şəxs tutuldu

2025-02-01 15:10:36

İnsanları ziyarətgahlara aparmaq adı ilə aldadan şəxs tutuldu

Tiktok sosial şəbəkəsində elan yerləşdirərək insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən 28 yaşlı Sadiq Dadaşzadə tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənləri İraqda yerləşən müqəddəs dini məkanlara göndərəcəyini vəd edib. S.Dadaşzadə bu yolla 13 nəfəri aldadıb.

Faktla bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.238280