Saat:04:04
Haqqımızda

“İnsanlardakı nəfs imtahanı yalnız Ramazanda yox, bütün il ərzində və bir ömür boyu olmalıdır” – MÜRACİƏT

2023-03-29 18:47:00

“İnsanlardakı nəfs imtahanı yalnız Ramazanda yox, bütün il ərzində və bir ömür boyu olmalıdır” – MÜRACİƏT

Mübarək Ramazan ayının bütün İslam dünyasına sağlıq, sülh, əmin-amanlıq, bolluq, bərəkət, rifah, həmrəylik, vəhdət gətirməsini niyaz edirəm, diləyirəm və arzulayıram!!!

Bu, paylaşma və yardımlaşma ayında fəqir-füqarə ilə yanaşı, ilk növbədə Şəhid ailələrimizin, Qazilərimizin, müharibə iştirakçılarımızın, eləcə də hal-hazırda düşmənlə üz-üzə duraraq, ən şərəfli xidmətdə olan Əsgərlərimizin xatırlanmasını (həm maddi, həm mənəvi cəhətdən) daha məqsədəmüvafiq hesab edirəm?!...

Düşünürəm ki, insanlardakı nəfs imtahanı, tək bu ayda yox, bütün il ərzində və bir ömür boyu olmalıdır, əsasən də məmurlarda?!...

Elə məmurlar görmüşük ki, bu mübarək ayda olurlar "Həci-mömin" və çox ciddi-cəhdlə hər addım başı "oruc" olduqlarını bildirirlər, amma özləri və xidmət etdikləri korporativ mühitləri üçün "müqəddəs" hesab etdikləri rüşvət-korrupsiya sxemindən-mühitindən "bir qəpiklik yanılmaya" belə yol vermirlər, yəni, heç olmasa bir aylıq "moratorium"-filan belə qoymayırlar, axşamlar da "iftar vaxtı" 3-5 adamın normasını "həzm-rabe"dən keçirirlər!?...

Tək qida ilə yox, ürəylərin, əməllərin, niyyətlərin sınağıdır bu ay, imtahanlarımızın cavabını isə Allah bilir!?

Ramazan ayından irəli gələn əməllərin icra olunmasına - "ruhun tərbiyəsi" deyimini, mən, həm də vicdana fəlsəfi yanaşma hesab edirəm və düşünürəm ki, bu faktor, insanlarda tək Ramazan ayında yox, həmişə olmalıdır!?...

Qeyd olunanları ümumiləşdirərək, düşünürəm ki, Allahı hiss etmək, Allaha itaət etmək, hər birimizin içimizdəki yaşadığımız həqiqətlərin oyanışı ilə yanaşı, hər kəsin yaşadığı cəmiyyətdəki həqiqətlərə də müəyyən fikir-mövqeləri olmalıdır!?...

Dinindən, imanından asılı olmayaraq, vicdan və əqidəsi yerində olanlar, zatən Allahla ürəyində, ruhunda baş-başadır həmişə!!!...

Arzu edirəm ki (əsasən də övladlarımıza, gənclərimizə), yolumuzda, həyatımızda yaxşı niyyətli insanlar olsun həmişə, niyyəti və əməli düz, əxlaqı və dəyərləri təmizlik üzərində qurulan, inşa edilən vicdanlı insanlar dostumuz, yoldaşımız, yaxınımız olsun həmişə!!!

Vüqar. Ə

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR