"İnsanlara yalandan ümid verməyək, sərhədi açmayacaqlar" - deputat

2022-08-26 11:03:00

Bildiyiniz kimi, Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb.

Hurriyyet.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Avtandil Abbasov deyib ki, sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanıb. Səbəb kimi pandemiya göstərilib. Qərar 1 sentyabradək qüvvədə olacağı bildirilib. Qeyd edək ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqədilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan ərazisinə yerüstü nəqliyyatı yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb. Lakin buna baxmayaraq Naxçıvan Muxtar Respublikasından qonşu dövlətlərə (İran və Türkiyə) quru sərhədləri ilə səyahət etmək mümkün idi.

Maraqlıdır ki, sentyabrın 1-dən quru sərhədi yenidən açılacaqmı?

Cebhe.info-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib ki, ümidlənməyə dəyməz:

"İnsanlara yalandan ümid verməyək. Sərhədi açmayacaqlar. Çünki dəfələrlə bu məsələni qaldırdıq, amma etmədilər. Ona görə də növbəti ay edəcəklərini də gözləmirik".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.106830