İnsan xaraktercə dəyişir: günahkar mühitmi, təhsilmi?!
Sual həmişə məni düşündürmüş, müxtəlif cavablar axtarmışam. Dünyaya doğulan, ana qucağında uyuyan, ata çörəyilə böyüyən insan necə olur başqalaşır, efemerləşir. Bəlkə buna səbəb aldığı tərbiyədir? Quldarlıq cəmiyyətinə qədəm qoyan İnsan bəşəri dəyərlərin müəllifi deyilmi? Ən böyük kəşflərin yaradıcısı sa-yılmırmı? Sualların sayını da artırmaq mümkündür.
Mən Böyük Vətən Müharibəsi illərində doğulmuşam – dəmiryolçu ailəsində, xatırladığım illərsə ötən əsrin 50-ci illərin payına düşür. SSRİ-nin rəhbəri isə İ.V.Stalin idi, bizə onu “dahi rəhbər” kim sevdirmişdilər. Bu ada qismən layiqdi, ölkədə qanun – qayda, nizam – intizam, böyük – kiçik hörməti vardı. Rüşvətxorluq sindromu yox idi. Ən az maaş alan işçi 3-5 nəfərlik ailəsini dolandıra bilirdi. Qo-humbazlıq, yerlibazlıq, arvadbazlıqdan söhbət gedə bilməzdi. Əlbəttə, bu mühitin ağır, dözülməz, əzabverici həqiqətləri yox deyildi. Repressiyaya məruz qalan xalq-da qorxu – fobiya hissləri yaşamaqda idi. Heç bir insan azadlığını itirmək is-təmirdi...
İ.V.Stalinin vəfatından sonra hakimiyyətə gələn Nikita Sergeyeviç Xruşşov SSRİ-ni alt-üst etdi, özünü doğrultmayan qərarlar verdi, “köhnə” kadrları yerindən oynatdı, stalinçi kommunistləri sıradan çıxartdı. İ.V.Stalini aradan götürməkdə onunla əməkdaşlıq etmiş Beriyanı qətlə yetirtdi, Malenkovu, Bulqanini, Jukovu gözdən saldı və Kremldən uzaqlaşdırdı. Yalnız həmişə “sudan quru çıxan” Stalinin “quyruq tulası” olan A.İ.Mikoyana dəyib – dolaşmadı. O isə ermənipərəst – şovi-nist “çoxüzlü” bir iyrənc əyriburun zata siyasi imkanlar verdi, hətta SSRİ Ali So-vetin sədri vəzifəsinə qədər yüksəldi. N.S.Xruşşova arxalanan A.İ.Mikoyan Azər-baycana əl uzatdı, rəqibi, başına qapaz ilişdirən M.C.Bağırovu vəzifədən götürtdü, süni məhkəmə oyunu yaratdı, xalq düşməni kimi güllələtdirdi, o Azərbaycan KPMK-nın birinci katibi İ.D.Mustafayevin maymaqlığından istifadə etdi. Halbuki, elə M.C.Bağırovun kadrı sayılan İ.D.Mustafayev bu “oyunun” yaranmasına imkan verməməliydi!..
Maraqlı faktdır ki, N.S.Xruşşovun əleyhinə çıxan ilk adam məhz A.İ.Mi-koyan oldu!
2.
N.S.Xruşşovu əvəz edən Leonid İliç Brejnev yaxşı siyasi start götürsə də sonralar “boşaldı”, şöhrətpərəst dövlət xadiminə çevrildi, ölkədə xaos yarandı, adı-na bədii – publisist əsərlər yazıldı, sinəsinə orden və medallar taxıldı, Sovet İttifaqı Qəhrəmanı fəxri titulla mükafatlandırıldı (bu ada İ.V.Stalin bir dəfə layiq gö-rülmüşdü). Respublikalarda o cümlədən Azərbaycanda hərcmərclik yarandı, rüş-vətxorluq ayaq açdı, idarələrə, müəssisələrə, təhsil ocaqlarına qədər inkişaf yolu keçdi! Rayonlara göndərilən “birinci katiblər” özlərini “kiçik padşahlar” kimi apar-dılar, heç bir qrum rəhbərlərinə səlahiyyət verilmədi adi bir işçini işə götürsün. Mək-təb direktorlarını birinci katiblər vəzifəyə qoyur, işdən çıxarırdılar. Bir faktı xatır-latmaq istərdim. Neftçalaya birinci katib vəzifəsinə göndərilən İ.Qurbanov Qırmı-zıkəndi əhatə edən “Bolşevik” kolxozuna gəlib məktəb direktoru A.Ağayevi ça-ğırtdırır. Son dərəcə nüfuzlu direktor tarlada şagirdlər arasında olur və katibin qə-buluna gecikir. Əsəbləşən İ.Qurbanov A.Ağayevi təhqir edir, elə həmin gün xalq maarif şöbəsinin müdirinə şifahi göstəriş verir direktoru vəzifədən azad etsin. Əmr yerinə yetirilir. İ.Qurbanovu bu sətirlərin müəllifi yaxşı tanıyırdı: savadsız, dərkə-narından özündən savayı baş açmayan adamdı. O, təhsildən bixəbər olduğundan maarifin qədr-qiymətini əsəblərinə qurban verdi!
“Kiçik padşahlar” məhz təhsilə ciddi müdaxilə edir, pedaqoji mühiti, müəl-limləri nüfuzdan salırdılar. Tərbiyə işi – yeni nəslin yetişməsi məktəbdən başlayır, əgər rayonun birinci katibləri məktəb rəhbərlərini iradələri ilə təyin edirlərsə, pe-daqoji kollektivlərin xəbəri olmadan vəzifəyə gətirilirsə, hansı mənəvi – sosial mü-hitdən danışmaq olar? Təəssüf ki, belə bir vəziyyət bu gün də davam edir: test im-tahanı ilə də məktəb rəhbəri təyin olunar? Bəs hanı kollektivin iradəsi, seçimi?
3.
Bu gün XXI əsrin dörddə birində mənəvi və sosial ab – hava – mühit heç də yaxşılığa doğru getmir – bu fikir əsəbilikdən irəli gəlmir, arxada qalmış on illərdən aldığım təəssüratın məntiqi nəticəsidir. Mühit sabit zaman atributudur, insanlar do-ğulur, yaşayır və müxtəlif qrumlarda çalışırlar, ailələrinə sadiq qalırlar, övladla-rının tərbiyəsi – təhsili ilə maraqlanırlar. Valideyn kimi məktəblə əlaqə saxlayırlar, müəllimlərlə, sinif rəhbərlərilə, məktəb rəsmilərilə görüşüb söhbət edirlər. Təbii ki, övladları əsas mövzusuna çevrilir. Bu gəlişi hiss edən övlad məsuliyyətini başa dü-şür, “səhvlərini” təkrar etməməyə çalışır. Bu qarşılıqlı əlaqənin şahidi kimi həmişə qürurlanmışam. Valideynlər məsələni təmkinlə izləyir, dərs dediyi şagirdlərin ça-lışqanlığını, xüsusilə davranışını gizlətmirlər. məktəb polisi tanımırdı, hətta polis – valideynlər mülki formada uşaqlarının dərslərində oturur, müşahidə aparır və ra-zılıqla pedaqoji kollektivi tərk edirdilər. Bəs bu gün vəziyyət necədir? Pedaqoji kollektivə direktor təyin olunan şəxsin vəziyyətini, savadını, təcrübəsini tanımırlar, çün “test”dən əla qiymətlə bu hüququ qazanmışdır! Saatlarla kabinetində oturub pürrəngi çay içir, məktəbin təsərrüfat işlərilə maraqlanır, “yağlı” vəzifəli vali-deynlərin axtarışı ilə məşğul olur. Halbuki, pedaqoji kollektivin içərisindən seçilən direktor doğma müəllimlərilə fikir mübadiləsi aparar, dərsləri dinləyər, cavan müəllimlərə pedaqoji yardım edər. Bəs cavan – gənc müəllimlər haradan peyda ol-dular? Onlar vaxtilə məktəbdə işləmişlərmi, dərs demişlərmi, valideynlərlə iş apar-mışlarmı? Suallara yalnız mənfi cavab vermək olar. Onları məktəbə “yola salan” isə test – imtahanları olmamışmı? Bu gün test – imtahanla müəllimlik hüququnu yenidən qazananlar (!) ali təhsil almalarının peşimançılğını çəkməyə bilmirlər. Be-lələrilə söhbətlərimiz ancaq təəssüf doğurur: – Dörd-beş tədris ilində saysız zaçot və imtahan verməyin, sən demə, heç bir faydası yox imiş! Sonu testə möhtac imiş! – Gileylənməkdə haqlıdırlar. Alim pedaqoqların, metodistlərin 4-5 ildə çəkdikləri zəhmətin nəticəsi bu imiş?!
Mən, ümumiyətlə, testin əleyhinə həmişə çıxmışam, test yaddaşa, mütaliəyə əsaslanır, əməli təcrübəyə yox. Başqa sənət – peşə sahəsində özünü doğrulda bilər, lakin pedaqoji sahədə izafi xərclərdir, aldığı ali təhsilin inkarıdır, etimadsızlığıdır. Yeni müəllim kadrı seçirsənsə, onu (müəllimi) sinfə burax, dərs desin, şagirdlərlə necə işləməsini müşahidə elə və son sözü təcrübəli müəllimlər desin. Sinifdə güclü savadlılıq, məlumatlılıq əsas deyil, uşaqlarla işləmək səriştəsi vacibdir, onların psi-xologiyasını mənimsəmək əhvalı aparıcıdır. Ali məktəbi “əla”, yaxud “yaxşı” qiy-mətlərlə bitirib məktəbə gələn məzunlar heç də təcrübəli müəllim səviyyəsinə yi-yələnə bilmirlər, nəinki orta qiymətlə bitirənlər! Mən bu qənaətimi öz müşahi-dəmdə gəlmişəm!
Sosial mühitdə – cəmiyyətdə daima emosionallıqla intellektuallıq “yola “getməmişdir”, birinci insanın təbiətindən təzahür edir: coşğunluq, çılğınlıq, ehtiras-lılıq aparıcı olur, insanı çaşdırır, düz yolundan azdırır. İkinci insanı yalnız düşün-məyə, əqli mühakiməyə, fikri fəallığa aparır, deməli, hər ikisi ayrılıqda faydasızdır, yalnız onlar birləşəndə səmərə verir. Ona görə də uşaqlarda intellektuallıqla emo-sionallığı paralel, harmonik aşılamaq lazımdır. Son on illərin təhsil sisteminin strukturu güclü intellektuallığa tuşlanmışdır, şagirdlərə riyazi elmlər (fənlər) daha çox öyrədilir, humanitar fənlər sıxışdırılır. Az qala ibtidai dərsliklərdən bədii mətnlər çıxarılsın, M.Sabir, A.Səhhət, A.Şaiq, R.Əfəndiyev poeziyası unu-dulsun. Düzgün pedaqoji siyasət deyil, uşaqların beynini riyazi biliklərlə doldur-maq cəmiyyətin gələcəyi üçün qorxuludur. Emosiyadan uzaq dövlət başçısının bir əmriylə Dünya savaşı başlaya bilər, insan qırğını yaranar. Tarixdə belə rəhbərlər az olmamışlar, məmləkətini fəlakət qarşısına sürükləmişlər! Məsələn, alman lideri A.Hitler təbiətcə son dərəcə çılğın adamdı, intellektuallıqdan kasıbdı, nəticədə İkinci Dünya müharibəsini alovlandırdı və bəşəriyyəti qırğına verdi. Belə tiplər, hərçənd, sonralar peşimançılıq hissi çəkirlər, artıq gec deyilmi?
Mən ifrat savada, biliyə üstünlük vermirəm, amma dünyagörüşünü qəbul edirəm. Dünyaya baxış insanı sənətindən, peşəsindən, vəzifəsindən asılı olmadan son dərəcə faydalıdır, istiqamətvericidir. Hətta uzun illər belə bir sualla qarşı-laşmışıq: – Hamı savadlandı, bəs istehsalatda kim işləməlidir? Məntiqsiz sualdır, ona görə ki, bütün uşaqlar – gələcəyin şagirdləri məgər eyni səviyyəli olurlar? On-lar arasında fiziki gücə maliklər, oxumağa həvəssizlər, dərsdən yayınanlar, ticarətə meyl edənlər və sair tiplilər məgər azmıdır? Onlar mütləq ali təhsil almalıdır? Am-ma onların dünyagörüşləri çalışdıqları sahədə uğur qazanmağa imkan verəcəkdir.
(Ardı var)
Allahverdi Eminov
