İnqilab Keşikçilərinin Su-22 təyyarəsi qəzaya uğradı
2022-08-03 13:38:00

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İranda İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus Su-22 qırıcısı qəzaya uğrayıb. Qəza təyyarənin Fars əyalətinin Şiraz aviabazasından uçuşa başladığı zaman baş verib.
İran dövlət televiziyasının məlumatına görə, qəzanın səbəbi texniki nasazlıq olub.
Pilotlar qəzadan əvvəl təyyarəni tərk etməyə macal tapıblar.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya