Saat:15:46
Haqqımızda

“İnkişaf etmiş ölkələrdə fiziki şəxslərin gəlir vergisindən daxilolmalar...” - E.Qurbanov

2025-11-20 13:45:50

“İnkişaf etmiş ölkələrdə fiziki şəxslərin gəlir vergisindən daxilolmalar...” - E.Qurbanov

“2026-cı ilin büdcə zərfində diqqəti cəlb edən əsas məsələlərdən biri də fiziki şəxslərin gəlir vergisindən daxilolmalardır”.

Bu barədə Hurriyyet.az-a açıqlamasında Auditorlar Palatasının Çirkli Pullarla Mübarizə Komitəsinin sədri, iqtisadçı-auditor Elçin Qurbanov deyib.

E. Qurbanov qeyd edib ki, inkişaf etmiş ölkələrdə fiziki şəxslərin gəlir vergisindən daxilolmalar büdcə gəlirlərinin əhəmiyyətli hissəsini təşkil edir: “Əlbəttə, bu da sosial təminatın, əhalinin gəlirlərinin yüksək səviyyədə olmasının siqnalıdır”.

“2025-ci ildə fiziki şəxslərin gəlir vergisindən büdcə daxilolmaları 1 milyard 989 milyon manat təsdiq olunmuşdursa, 2026-cı ildə 2 milyard 379 milyon 300 min manat nəzərdə tutulub. Bu da 390 milyon 300 min manat və yaxud 19, 62 faiz artım deməkdir”-iqtisadçı-auditor əlavə edib.

Nəzərə çatdıraq ki, 2020-ci ildə fiziki şəxslərin gəlir vergisindən daxilolmaların həcmi 1 milyard 150 milyon manat təşkil edib. Gələn ildən etibarən artıq özəl sektorda çalışan fiziki şəxslər də gəlir vergisinə cəlb olunacaqlar.

CAVİD