Saat:00:23
Haqqımızda

İngiltərənin Xarici İşlər naziri Moskvaya gedəcək

2022-01-22 12:37:00

İngiltərənin Xarici İşlər naziri Moskvaya gedəcək

Hurriyyet.az “gazeta.ru” portalına istinadla xəbər verir ki, Britaniyanın Xarici İşlər naziri Liz (Elizabet) Trass Rusiya hökumətinə yazılı müraciət edərək, fevral ayında Moskvaya səfər etmək niyyətində olduğunu bildirib. Bu barədə məlumatı TASS informasiya agentliyi diplomatik mənbəyə istinadla məlumat verib.

Trassın rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacağı gözlənilir.

Xatırladaq ki, denən Cenevrədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə təhlükəsizlik təminatı məsələləri üzrə danışıqları baş verib.

Liz Trass isə həmin vaxt Sidneydə səfərdə olub. O, avstraliyalı həmkarı ilə görüşü zamanı bəyan edib ki, Rusiya ilə Çin yaranmış ideoloji və siyasi vakuumu doldurmağa çalışaraq əməkdaşlıqlarını gücləndirirlər, bu ölkələrin hər ikisi Qərbdə və Sakit Okean regionunda dominantlıq eləməyə çalışırlar.

Xəbər verdiyimiz kimi, Liz Trass Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə çox böyük strateji səhv edəcəyini söyləyib: “Kreml tarixdən dərs götürməyib.  İşğal yalnız onu dəhşətli bataqlığa çəkəcək, insan həyatlarının itkisinə səbəb olacaq. Eynilə sovet-əfqan müharibəsində və Çeçenistanla münaqişədə olduğu kimi”.

Hürr Tərcüman 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR