İngiltərədən Rusiya nefti ilə əlaqəli 24 şəxs və quruma SANKSİYA
Hurriyyet.az xəbər verir ki, İngiltərə Rusiya nefti ilə əlaqəli olan 24 şəxs və quruma sanksiya tətbiq edib. Siyahıya "Tatneft", "Russneft", "NNK-Oil" və "Rusneftegaz" da daxildir.
İngiltərə Ukraynadakı müharibə səbəbilə Rusiyaya təzyiqi artırmaq məqsədilə yeni sanksiyalar açıqlayıb. Bu çərçivədə "Tatneft", "Russneft", "NNK-Oil" və "Rusneftegaz" şirkətləri, eləcə də Kanada–Pakistan mənşəli milyarder Murtaza Laxani daxil olmaqla, Rusiya nefti ilə əlaqəli 24 şəxs və quruma sanksiya tətbiq olunub. Sözügedən şirkətlər Rusiyanın hələ sanksiyaya məruz qalmamış ən böyük neft şirkətləri kimi xarakterizə edilib.
Avropa İttifaqı isə bu gün səhər saatlarında sanksiyalardan yayınmağa çalışan və Rusiyanın neft və qazını daşıyan “kölgə donanması”na məxsus daha 41 gəmiyə sanksiya tətbiq etmişdi. Keçən ilin oktyabr ayında isə İngiltərə və ABŞ Rusiyanın ən böyük iki neft şirkəti olan "Lukoil" və "Rosneft"ə sanksiya tətbiq etmişdilər.
NURAY
