İngiltərədə tibb sahəsində səs yaradan azərbaycanlımız!

2022-08-30 12:11:00

İngiltərədə tibb sahəsində səs yaradan azərbaycanlımız!

Bir zamanlar xaricdə uğur qazanan soydaşlarımızın sayı barmaqla sayılacaq qədər idi.  Bu gün  dünyada yaşayan hər bir soydaşımızın uğuru, nailiyyəti biz də qürur hissi yaşatmaya bilməz. Artıq soydaşlarımızın səsi-sorağı dünyanın nüfuzlu elmi, akademik, siyasi-ictimai və mədəniyyət ünvanlarından gəlir. Düşünürəm ki, onların uğuru soydaşlarımız arasında milli-həmrəyliyə və birliyə böyük təsir göstərir. Çünki sosial şəbəkələrin mövcud olduğu bir vaxtda soydaşlarımızın uğurları böyük geniş sürətlə yayımlanır.

Belə soydaşlarımızdan biri də İlhamə Cəfərlidir. O, İngiltərədə tanınmış uşaq cərrahıdır. Hal-hazırda Londonda Guys və St Thomas Evelina Uşaq Xəstəxanasında çalışır.

İlhamə Cəfərli kimdir?

İlhamə Cəfərli Azərbaycan Dövlət Tibb Universitetini qırmızı diplomla bitirib. 2010-ci ildə Böyük Britaniya Cərrahlarının Kraliyyət Kollecini bitirib (Ümumi  Cərrah Dərəcəsi ilə təltif olunub). Beynəlxalq tibb mərkəzləri ilə əməkdaşlıq edir. 2012-ci ildən  Amerika Cərrahları Kollecinin üzvüdür. Beynəlxalq uşaq cərrahı sertifikatı var. 2017-ci ildə Uşaq Cərrahlarının Avropa Şurasının əməkdaşı və üzvüdür.

İlhamə Cəfərli akademik istiqamətdə fəaliyyətini davam etdirir.

2022-ci ildən İngiltərə Cərrah Qadınlar Cəmiyyətinin qadın cərrah mentorudur. 2021-ci ildən etibarən Androgenə həssassızlıq sindromunda X- genlərinin rolu və bu uşaqların rekonstruktiv əməliyyatla bərpası  beynəlxalq  PhD ürəzində işləyir.  

2020-ci ildən  bugünədək  “Biomedica A Peer Review” dərgisinin Beynəlxalq redaktorudur.

2021 – bugünədək Pediatrik Praktika və Tədqiqat jurnalının Beynəlxalq redaktoru

2021-  bugünədək CIPT nəşrlərinin  Redaksiya üzvü

2020 - bugünədək Neonatologiya jurnalı redaktəçi konsultant

2020-  bugünədək Junior Medical Research jurnalı (JMR) Beynəlxalq redaktorudur.

2020-bugünədək Pakistan Universiteti Tədqiqat Şurasının üzvüdür.

2016- 2018-ci illərdə “Contemporary Medicine” dərgisində məsləhət şurasının üzvü olub.

İlhamə Cəfərli kitablar yazaraq tibb sahəsinə öz töhfələrini verib.

• Wilm's Tümörü Yogesh Kumar Sarin,  İ. Cəfərli (capa verilib 2022)

• Cərrahiyyədə IMM-Q BANK Dr. Shahan Saleem, Töhfə verən  İ. Cəfərli, 2020

• Xalq təbabəti (Etnobotanika). S.İbadullayeva, İ. Cəfərli, M. Zaefizade, S. Namin, 2017

• Efir yağları və aromaterapiya. Bakı-Elm, Prof. S.C.İbadullayeva, İ.Ə.Cəfərli, 2007

İlhamə Cəfərli 25-dən çox elmi məqalənin müəllifidir. Həmçinin, 12 akademik təltifə layiq görülüb.

İlhamə xanımın daha böyük uğurları qarşıdadır. Çünki dayanmadan öz üzərində çalışır və yeni elmi tibbi nailiyyətlərin sirrinə yiyələnmək üçün səbrlə can atır. Ona gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Qeyd edim ki, İlhamə Cəfərlinin babası Cabbar Cəfərov Azərbaycanın ən tanınmış cərrahlarından olub.

Elnur ELTÜRK


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.109736