İngiltərədə ÇL-yə gedən klublar müəyyənləşdi
2024-05-15 19:21:03
![İngiltərədə ÇL-yə gedən klublar müəyyənləşdi](/frontend/uploads/files/Premier-League-symbol-958x575.png)
"Tottenhem" Premyer Liqanın 34-cü turunun matçında "Mançester Siti"yə məğlub olaraq (0:1) Çempionlar Liqasının növbəti mövsümündə oynamaq şansını itirib.
Çempionatın başa çatmasına 1 tur qalmış "xoruzlar"ın 63 xalı var və 5-ci yerdədir. 4-cü pillədə qərarlaşan "Aston Villa" isə 68 xal toplayıb.
Beləliklə, "şirlər" Çempionlar Liqasının növbəti mövsümündə İngiltərədən ("Mançester Siti", "Arsenal" və "Liverpul"dan sonra) dördüncü komanda olacaq. \\Offsideplus.az
![](/frontend/uploads/files_son/QAZ12.jpg)