Saat:09:02
Haqqımızda

İngiltərə Ukrayna ilə silah satışı danışıqlarına start verdi

2021-10-21 12:05:00

İngiltərə Ukrayna ilə silah satışı danışıqlarına start verdi

London Kiyevlə ilk silah anlaşması çərçivəsində raket satışı danışıqlarına başladı. Plana görə, İngiltərə Ukraynanın patrul gəmiləri üçün yer-yer tipli və təyyarələr üçün raketlər verəcək. Bu barədə "The Sunday Times" xəbər verir. 
Böyük Britaniya Müdafiə Nazirliyi, həm də eyni anda birdən çox hədəfi vura bilən və Ukrayna Hərbi Dəniz Qüvvələrinin xidmətində olan gəmilərdə yerləşdiriləcək "MBDA" tərəfindən hazırlanan "Brimstone" yer-yer tipli raketlərinin satışını da müzakirə edir. Qeyd olunur ki, danışıqlar Ukrayna Müdafiə Nazirliyində Rusiyanın qaz böhranından yararlanmaqla onun ərazisini ələ keçirmək üçün cəhd edə biləcəyi ilə bağlı narahatlıq fonunda baş tutur.
Qəzet vurğulayır ki, Ukrayna və İngiltərə Brexitdən sonra əməkdaşlığı genişləndirməyə çalışır.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR