Saat:18:14
Haqqımızda

İngilisdilli dövlətlərin Çinə qarşı “Aukus” alyansı yarandı, Fransa “arxadan vurulduq” deyə açıqlama verdi

2021-09-16 15:05:00

İngilisdilli dövlətlərin Çinə qarşı “Aukus” alyansı yarandı, Fransa “arxadan vurulduq” deyə açıqlama verdi

Hurriyyet.az xəbər verir ki, İngiltərənin Baş naziri Boris Conson, ABŞ Prezidenti Co Bayden və Avstraliyanın Baş naziri Skott Morrisonun Çin dövlətinə qarşı yaratdıqlarıı “Aukus” adlı hərbi alyans barəsindəki razılaşmaya görə, Avstraliya ən azı səkkiz ədəd atom sualtı qayığı alacaq. 
Adı çəkilən üç ölkə Hind-Sakit okeanları bölgəsində Çinin böyüyən hərbi varlığına qarşı mənafelərini qorumaq üçün ittifaq yaratmağın həyati əhəmiyyət kəsb etdiyini bildiriblər.
Bu müqavilə səbəbindən Avstraliyanın Fransa ilə birlikdə sualtı qayıq hazırlanması ilə bağlı sazişinin də ləğv olunacağı bildirilir. Avstraliya mətbuatının yazdığına görə, 2016-cı ildə imzalanmış və 12 ədəd sualtı qayığın istehsal edilməsini nəzərdə tutan müqavilə ləğv ediləcək. Avstariyanın Adelaide şəhərində həyata keçirilməsi planlaşdırılan layihənin dayandırılmasına etirazını bildirən “Naval qrup” Fransa şirkəti layihənin ləğv edilməsinə görə məyus olduqlarını bildirib.  Fransanın Xarici İşlər naziri Jan İv Le Drian 90 milyard dollarlıq sövdələşmənin ləğv edilməsinə etirazını bildirərək, “kürəyimizdən vurulduq” deyə açıqlama verib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR