İngilis mətbuatı Medvedevin nüvə təhdidindən yazdı: “Məşhərin atlıları yola çıxdılar”

2022-06-13 19:12:00

İngilis mətbuatı Medvedevin nüvə təhdidindən yazdı: “Məşhərin atlıları yola çıxdılar”

Hurriyyet.az xəbər verir ki, Ukraynadakı müharibənin davam elədiyi bir zamanda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın qırmızı xəttindən danışaraq, Qərbi Ukraynaya hərbi dəstək göstərdiyi üçün təhdid edib. Britaniyanın The Mirror” nəşrinin yazdığına görə, Medvedev “Qiyamətin atlıları yola çıxdı” deyərək, Ukraynaya verilən ABŞ raketlərindən istifadə ediləcəyi təqdirdə, Moskvanın qərbdəki şəhərlərə hücum eləyəcəyini bəyan edib.

Medvedev bir müddət əvvəl də İsveç ilə Finlandiyanın NATO üzvü olacaqları təqdirdə, Moskvanın bu təhdidlərə qarşı tədbir görəcəyi ilə təhdid edərək, Rusiyanın regiona İsgəndər raketləri, hipersonik silahlar və nüvə bomba daşıyan gəmiləri sövq edə biləcəyinə işarə vurmuşdu.

Medvedev demişdi: “İsveç ilə Finlandiyanın NATO üzvü olacaqları təqdirdə, Baltik regionunun nüvə silahlarından təmizlənmiş statusudan bəhs eləmək mümkün olmayacaq”.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya