Saat:07:18
Haqqımızda

“İnfilyasiya gedir, hər şeyin qiyməti qalxır, aktyorun maaşından başqa...“ - Əməkdar artist

2023-02-04 23:56:00

“İnfilyasiya gedir, hər şeyin qiyməti qalxır, aktyorun maaşından başqa...“ - Əməkdar artist

"Seriala ayrılan pullar, keyfiyyətsiz çəkilən seriallar, serillarda iştirak edən qeyri-peşəkar aktyorlar vacib məsələdir. Mənə bir çox insanlar yaxınlaşıb deyəndə ki, niyə seriallardakı aktyorların danışığı sünidir, deyirəm ki, onların çoxu peşəkar deyillər".

Hurriyyet.Az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev deyib.

Onun sözlərinə görə, qeyri-peşəkar adamları seriallara ona görə cəlb edirlər ki, onlar çox cüzi qiymətə seriallarda çəkilirlər: "Onun üçün də tamaşaçılar onların qeyri-peşəkarlığını sezirlər. Əgər, film çəkirsənsə, filmin büdcəsi yaxşı olmalıdır. 2-ci ssenaristi güclü olmalıdır. 3-cü rejissoru güclü olmalıdır. 4-cü operatoru güclü olmalıdır. 5-ci aktyor truppası güclü olmalıdır və sonda bu filmin ərsəyə gəlməsi üçün ən vacib şərtlərdən biri olan montaj güclü olmalıdır. Bu işləri görən adamlar üçün yaxşı vəsait ayrılsa və zəhmətlərinin qarşılığı verilsə, ortaya da səviyyəli məhsullar çıxa bilər".

"Çox qəribə bir şeydir ki, neçə illərdir infilyasiya gedir. Neçə illərdir hər şeyin qiyməti qalxır, amma yeganə maaşı qalxmayan aktyordur. Bunu mən şamil edirəm həm dublyaj sektoruna, həm kino sektoruna, həm də serial sektoruna. Yəni, illərdir hər şeyin qiyməti qalxsa da aktyorlara heç bir təsiri yoxdur. Əgər, türk serialları ilə bizi uzalaşdırırlarsa, tamaşaçılar çaşmasınlar, türk serialında çəkilən aktyorun 1 aya aldığı məbləği bizim ən məşhur aktyorumuz almaq üçün 10 il işləməlidir. Onun üçün də bu cür keyfiyyətsiz filmlər, seriallar ortaya çıxır", - deyə əməkdar artist vurğulayıb.

Aktyor əlavə edib ki, bu sahə üçün möhtərəm prezidentimiz maliyyə ayırır: "Arzu edirəm ki, bu maliyyə düzgün bölüşsün və onda keyfiyyətdən danışmaq olar. Bu gün biz nə qədər çalışsaq belə, keyfiyyəti ortaya çıxara bilmirik. Çünki ucuz aktyorları çağırırlar, ucuz ətin də şorbası olmaz. Aktyorlara o qədər az maaş verirlər ki, bir aktyor eyni anda bir neçə serialda oynayır və gücünü bir işə sərf edə bilmir. Güman edirəm ki, bu məsələ öz həllini tapacaq".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR