İndoneziyada qalmaqallı qanun qüvvəyə minir-zina qadağan edilir

2022-12-06 14:22:00

İndoneziyada qalmaqallı qanun qüvvəyə minir-zina qadağan edilir

İndoneziya parlamenti nikahdankənar cinsi əlaqəni və zinanı cinayət hesab edən qanunu qəbul edib. Bu barədə xarici KİV-lər xəbər verir. Qanuna görə, nikahdankənar cinsi əlaqədə olanlar bir müddətinə həbs oluna bilər.
Bundan əlavə, abort da qanunsuz hesab olunacaq.
Üstəlik, hazırkı prezidenti və vitse-prezidenti, dövlət qurumlarını və ya milli ideologiyanı təhqir etmək qadağası yenidən tətbiq edilir.

Qeyd edək ki, ölkədə qanunvericiliyə edilən dəyişiklik mübahisə doğurur. İnsan haqları təşkilatları daha əvvəl, layihə müzakirəyə çıxarılarkən, bunu vətəndaş azadlıqlarının məhdudlaşdırılması kimi təqdim ediblər.

“Human Rights Watch” təşkilatının Asiya üzrə direktor müavini Phil Robertson bir müddət əvvəl “Twitter” hesabında "İndoneziya nikahdankənar seksi kriminallaşdırmaqla cinayətkar fəlakət yoluna qədəm qoyub", - deyə açıqlama vermişdi.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.129720