Saat:14:05
Haqqımızda

"İndiki mərhələdə mənim qurbanlarım kifayətdir"-Saakvilidən yeni məktub açıqlandı

2021-10-19 17:17:00

Parlamentdəki "Vahid Milli Hərəkat - Birlikdə Güc" fraksiyasının üzvü Yekaterina Xerxeulidze Mixail Saakaşvilinin yeni məktubunu onunla görüşdən sonra səsləndirib.
"Hərbçilər də Mixail Saakaşvili ilə həmrəylik əlaməti olaraq həbsxanada aclıq aksiyasına başladılar və Roma Şamatavanın sağlamlıq vəziyyəti kritikdir", deyə Xerxeulidze bildirib. “Roma Şamatava Gürcüstanın milli qəhrəmanıdır. Keçmiş Ali Baş Komandanınız kimi aclıq aksiyasına son qoymanızı xahiş edirəm. İndiki mərhələdə mənim qurbanlarım kifayətdir. Qardaş sevgisi ilə Mixail Saakaşvili”deyə Mixail Saakaşvili yazıb.

Ülviyyə, Hurriyyet.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR