"İndi Rusiyanın özünün demilitarizasiya və denazifikasiyası gündəmə gəlib" - XAQANİ CƏFƏRLİ

2022-04-29 13:09:00

"Hesab edirəm ki, postsovet məkanına aid ölkələr Rusiyanın bölünməsinin daha doğru yol olduğuna inandırmalıdırlar"

"Rusiyanın Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adı altında başlatdığı dağıdıcı müharibənin əsas məqsədi Ukraynanın demilitarizasiya və denazifikasiyası idi. Müharibənin başladığı fevral ayının 24-dən ötən müddət ərzində Rusiya bu məqsədinə nail ola bilmədiyi kimi, azacıq da olsa bu məqsədə yaxınlaşa bilmədi. Ukraynanın demilitarizasiyası bu ölkənin Qərbdən qidalanan hərbi potensialının zərərsizləşdirilməsini nəzərdə tuturdu. Ukrayna müharibədən əvvəlki zamanla müqayisədə daha güclü şəkildə və daha müasir silahlarla silahlanıb". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, Ukraynanın deazifikasiyası isə Ukrayna hakimiyyətinin devrilməsi, Rusiya tərəfindən oyuncaq hakimiyyətin qurulmasını və Ukrayna cəmiyyətinin itaət altına alınmasını ehtiva edirdi: "Müharibənin başlanmasından ötən 64 gün ərzində Ukrayna hakimiyyəti iqtidarını qorumaqla yanaşı, çox geniş bir çoğrafiyada siyasi prosesləri müəyyən edən siyasi gücə çevrilib. İndi isə Rusiyanın özünün demilitarizasiya və denazifikasiyası gündəmə gəlib. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin “İstəyirik ki, Rusiya Ukraynanın işğalı zamanı etdiklərini edə bilməyəcək qədər zəifləsin” ifadəsi də məhz Rusiyanın demilitarizasiya edilməsini nəzərdə tutur. Putinin hakimiyyətdə qaldığı müddətdə Rusiya ilə münasibətlərin yumşalmayacağını isə Qərb liderləri ötən 64 gündə dəfələrlə ifadə ediblər. Bu isə Rusiyanın denazifikasiyasının nəzərdə tutulduğunu ehtiva edir".

Xaqani Cəfərli həmçinin, Qərb liderlərindən fərqli olaraq Rusiyanın demilitarizasiya və denazifikasiyasının yetərli olmayacağı qənaətindədir: "Hesab edirəm ki, postsovet məkanına aid ölkələr, ilk növbədə isə Ukrayna Qərbi Rusiyanın demilitarizasiya və denazifikasiyasının deyil, bölünməsinin daha doğru yol olduğuna inandırmalıdırlar. Bu prosesdə Azərbaycan cəmiyyətinin, xüsusisən də Demokartiya Naminə Ukraynaya Dəstək Platformasının üzərinə də çox böyük vəzifə düşür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya