İnam Kərimovun vətəndaşlarla görüşləri dayandırılıb
Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov vətəndaşlarla görüşünü dayandırıb.
Cənab Kərimov artıq 3-cü aydır ki, vətəndaşlarla görüş üçün bölgələrə getmir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının başçıları, o cümlədən məhkəmə hakimiyyətinin rəhbərliyi ayda bir dəfə müəyyən olunmuş qrafiqə uyğun olaraq ölkənin müxtəlif bölgələrində qəbul həyata keçirir.
Azərbaycanda məhkəmə-hüquq sisteminin ən problemli sahələrdən biri olduğunu nəzərə alsaq, o zaman Ali Məhkəmə sədrinin daha çox bu görüşlərə qatılması vacibdir.
Araşdırmamız zamanı onu da öyrəndik ki, may ayı üçün də nəzərdə tutulan qəbul cədvəlində İnam Kərimovun adı yoxdur.
İnam Kərimovun vətəndaşlarla ünsiyyətdən yayınmasının səbəblərini öyrənmək üçün Ali Məhkəməyə müraciət etsək də hər hansı bir cavab ala bilmədik.
S/n | Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumunun rəhbəri | Qəbulun keçirildiyi
şəhər, rayon |
Əhatə olunan
şəhər və rayonlar |
Qəbulun keçirildiyi
gün |
|
Baş prokuror
Kamran Əliyev |
Tərtər | Tərtər, Ağdam, Bərdə, Goranboy, Xocalı | 03 |
|
Qida Təhlükəsizliyi Agentliyinin sədri
Qoşqar Təhməzli |
Ucar | Ucar, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Zərdab | 03 |
|
Mədəniyyət naziri
Adil Kərimli |
Quba | Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən | 06 |
|
Gənclər və idman naziri
Fərid Qayıbov |
Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 07 |
|
Baş prokuror
Kamran Əliyev |
Göyçay | Göyçay, Kürdəmir, İsmayıllı, Qəbələ | 14 |
|
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Ramin Məmmədov |
Yevlax | Yevlax, Mingəçevir, Bərdə, Ağdaş | 14 |
|
Daxili işlər naziri
Vilayət Eyvazov |
Yardımlı | Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı | 15 |
|
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi
Mürsəl İbrahimov |
Masallı | Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı | 15 |
|
Ədliyyə naziri
Fərid Əhmədov |
Tovuz | Tovuz, Şəmkir, Gədəbəy | 17 |
10. | Elm və təhsil naziri
Emin Əmrullayev |
Masallı | Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı | 17 |
11. | Fövqəladə hallar naziri
Kəmaləddin Heydərov |
Naxçıvan | Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur | 17 |
12. | Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Zaur Mikayılov |
Ağsu | Ağsu, İsmayıllı | 17 |
13. | “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
Azər Məmmədov |
Füzuli (Horadiz şəhəri) | Füzuli, Beyləqan, Xocavənd | 17 |
14 | Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev | Şəki | Şəki, Oğuz, Qax, Zaqatala, Balakən | 18 |
15. | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Ramin Məmmədov |
Şamaxı | Şamaxı, Ağsu, İsmayıllı, Qobustan | 23 |
16. | Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov | Ağcabədi | Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Zərdab, Xocavənd | 23 |
17. | Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev |
Qazax | Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy | 23 |
18. | Energetika naziri
Pərviz Şahbazov |
Ağcabədi | Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Bərdə, Zərdab, Xocavənd | 24 |
19. | İqtisadiyyat naziri
Mikayıl Cabbarov |
Ağsu | Ağsu, İsmayıllı | 24 |
20. | Kənd təsərrüfatı naziri
Məcnun Məmmədov |
Yevlax | Yevlax, Mingəçevir | 24 |
21. | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri
Saleh Məmmədov |
Ağdam (Quzanlı qəsəbəsi) | Ağdam, Ağcabədi, Laçın | 24 |
22. | İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri
Zaur Əliyev |
Göyçay | Göyçay, Ağdaş,
Ucar |
24 |
23. | “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən
İlham Mirzəliyev |
Ağstafa | Ağstafa, Qazax, Tovuz | 24 |
24. | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev | Kürdəmir | Kürdəmir, Ucar, Zərdab | 27 |
25. | Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova |
Qobustan | Qobustan, Şamaxı | 29 |
26. | “Azərişıq” ASC-nin sədri
Vüqar Əhmədov |
Şəki | Şəki, Qax | 29 |
27 | Əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev |
Gədəbəy | Gədəbəy,
Şəmkir |
\\Gununsesi.info