İnam Kərimovun çevrəsində XÜSUSİ ƏMƏLİYYAT - İLGİNC GƏLİŞMƏ

2022-12-19 10:36:00

İnam Kərimovun çevrəsində XÜSUSİ ƏMƏLİYYAT - İLGİNC GƏLİŞMƏ

Hələ keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar dövlət büdcəsinin qarəti prosesi müşahdiə olunması ilə bağlı həyəcan təbili çaldıq və ortaya konkret faktları təqdim etdik.

Hurriyyet.az xəbər verir ki, bu barədə DİA.AZ-a daxil olan bilgilərdən aydın olurdu ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gizlətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.

Sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib. Məlumatı DİA.AZ-a təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır: "Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb".

Bununla bağlı danışan mənbə bir məsələ ilə olaya yekun diqqəti çəkmiş oldu. KTN-dəki qaynaq iddia edir ki, Anar Hüseynovun fəaliyyətinin hüquq-mühafiqə orqanları tərəfindən araşdırıldığı haqda xəbərlər dolaşır və ola bilsin ki, hələlik kənardan aparılan bu proses nazirlikdə XÜSUSİ ƏMƏLİYYATLA yekunlaşsın: "Anar Hüseynovun təkcə bu əməlləri yox, eləcə də kadr işlərinə müdaxilə edərkən aldığı rüşvətlər, habelə tenderlərdəki hoqqabazlıqları da araşdırma predmetidir".

DİA.AZ-a daxil olan son informasiyaya görə, adı FETÖ ilə hallanan Anar Hüseynov bu gün İnam Kərimovun QARA KASSASI funksiyasını həyata keçridyindən onun həbsi üçün SİYASİ QƏRARın verilməsi vacibdir. Mənbə bildirir:

"Anar Hüseynovun məsələsinin yeni ili keçməyəcəyi gözlənilir. Amma bayramdan sonraya da saxlaya bilərlər..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.122226