İnam Kərimov: "Azərbaycan "Ağıllı kənd" sahəsində İsrailin təcrübəsindən yararlana bilər"

Azərbaycan azad edilmiş ərazilərdə "Ağıllı kənd" inşa edir, İsrailin bu sahədə olan təcrübəsindən Azərbaycan yararlana bilər.
Bunu Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda çeçirilən Azərbaycan -İsrail İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan azad edilmiş əraziləri "yaşıl enerji" zonası elan edib.
Nazir vurğulayıb ki, Azərbaycanla İsrail arasında əlaqələr yüksək səviyyədədir: "Bu əlaqələri genişləndirmək üçün potensial mövcuddur. Azərbaycanla İsrail arasında 2021-ci ildə İsraildə biznes forum təşkil etdik, iki ölkədən olan şirkətlər iştirak etdi.
Ötən il İsrailin kənd təsərrüfatı naziri Azərbaycana səfər edərək forumda iştirak etdi. Hesab edirəm ki, ikitərəfli görüşlər, tədbirlər əməkdaşlığımıza müsbət təsir edir. Bu gün keçirilən forum bizim əməkdaşlığımıza müsbət təsir göstərəcək".
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya