İMZA II Qarabağ İqtisadi Forumunu keçirəcək

2022-01-15 15:55:00

İMZA II Qarabağ İqtisadi Forumunu keçirəcək

İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin yığıncağı keçirilib.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə qurumun Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli məlumat verib. O bildirib ki, İB-in İdarə heyətinin qərarı ilə bu il II Qarabağ İqtisadi Forumunu keçirəcək.

İB-nin sədri Xəyyam Əsgərov ötən il keçirilmiş I Qarabağ İqtisadi Forumunun həm ölkəmizdə, eyni zamanda xaricdə, o cümlədən də KİV-də böyük maraqla qarşılandığını qeyd edib. Forum haqqında yerli və xarici mediada maraqlı və məzmunlu məqalələr dərc olunub, reportajlar hazırlanıb, sosial şəbəkələrdə geniş müzakirələr aparılıb:

Bütün bu faktlar cari ildə də II Qarabağ İqtisadi Forumunun keçirilməsini zəruri edir. Həm də nəzərə almaq lazımdır ki, ötən müddət ərzində azad edilmiş ərazilərdə miqyası böyük olan işlər görülüb, ciddi layihələr həyata keçirilib. Forumun tarixi, təşkilati işləri, müzakirə olunacaq məsələlər haqqında rəy və təkliflər növbəti yığıncaqlarda diqqətdən keçiriləcək və bu barədə ictiamaiyyətə əlavə məlumat veriləcək”.