İmtina edəcəyəm, İlham Əliyev qəzəblənəcək Sünikin (Zəngəzurun) üstünə hücuma keçəcək…

2021-11-18 21:13:00

İmtina edəcəyəm, İlham Əliyev qəzəblənəcək Sünikin (Zəngəzurun) üstünə hücuma keçəcək…

Ermənistanın siyasi ekspertləri,eyni zamanda telgram kanalları  noyabırın 15-dən 16-na keçən gecə və 16-da baş verən hadisələrlə bağlı müxtəlif təhlillər və fərziyələr yaymaqda davam edirlər.Onlar əsasən baş nazir Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyasına və sülh sazişi ilə bağlı Rusiyanın vasitəçiliyi ilə keçirilməsi gözlənilən görüşə dolayısı ilə maniələr yaratmasın,görüşdən yanınmasın özünə xalq qazanmaqsı kimi izah edirlər:

“Ermənistanda, daha dəqiq desək, Ermənistanla bağlı baş verən hadisələrin müəyyən məntiqi var ki, bunu yalnız Paşinyanla yaxından tanış olanlar (yaxud onu uzaqdan, media vasitəsilə tanıya bilmişlər) başa düşə bilər”-deyilən  açıqlamalarda daha sonra vurğulanır ki,bir neçə gün əvvəl, noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında videokonfrans keçirilməli idi, bu görüşdə Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyasına dair bəyanat-saziş, habelə sülh müqaviləsinin hazırlanması elan olunacaqdı.Əgər bu iki Zaqafqaziya respublikası arasında uzunmüddətli düşmənçiliyə son qoyulmasada, heç olmasa münasibətləri soyuq-neytrallığa keçirə bilərdi.

Lakin Paşinyanın günahı üzündən (o, demək olar ki, son anda görüşdə iştirakdan imtina etdi) videokonfrans pozulub. Bundan dərhal sonra Ermənistan və Azərbaycan sərhədində hərbi toqquşmalar başladı, erməni qoşunları iki güclü nöqtəni təslim edərək geri çəkildi və Ermənistan ordusu iyirmiyə yaxın qurban verdi. Və beləliklə, Paşinyan demarkasiya ilə bağlı saziş imzalamağa hazır olduğunu bəyan etdi.Erməni siyasi təhlilçiləri qeyd edirlər ki,baş verənlərin məntiqi başa düşüləndir: Ermənistanın bu cür addımları rəsmi Bakının hərbi hərəkətlər vasitəsi ilə  İrəvanı razılaşmağa məcbur etdi.

Erməni telgram kanalları siyasi ekspertlərin və təhlilçilərin bu istiqamətdə fərziyələrini bu cür təqdim edirlər. Onlara görə reallıqda (Əgər Paşinyanın kim olduğunu yaxşı bilirsinizsə) hər şey tamam başqadır. İddia olunur ki,noyabrın 8-də axşam saatlarında Paşinyan dar çevrədə öz planını belə izah etdiyinə dair sübutlar var.

Güya Nikol Paşinyan noyabırın 8-də hökumətin dar çərçivədə iclasın keçirib və bildirib ki, belə bir müqavilə imzalamaq siyasi intihara bərabər olar və xalq onu qınayacaq, müxalifət isə yeni daxili siyasi böhran yaradacaq, ondan sağ çıxmaq çox çətin olacaq. Ona görə də o belə edəcəyini bildirib:

”İmtina edəcəyəm, İlham Əliyev qəzəblənəcək Sünikin (Zəngəzurun) üstünə hücuma keçəcək, çox müqavimət göstərməmək əmrini verəcəyəm. Bizim tərəfimizdən ən azı 20-25 nəfər həlak olacaq, məlum olacaq ki, hadisələrin bu cür inkişafı ilə Azərbaycan Silahlı Qüvvələrinin hücumuı dayandırıla bilməz, yeni müharibə təhlükəsi hamını qorxudacaq. , ona görə də bu alçaldıcı sənədi imzalamaqdan başqa çarəmiz yoxdur. Yoxsa insanlara deyirik ki, biz ölkəni itirəcəyik, övladlarınız da ölməyə gedəcək. Yeri gəlmişkən, həlak olanların ailələrinə bir neçə milyon dram təzminat vermək lazım gələcək və onlar susacaqlar”.Erməni ekspertlər Paşinyanın belə bir açıqlama verməsi varianta inandıqlarını izah edirlər.Erməni siyasi analtiklər bunu onunla izah edirlər ki,bu məntiqi Nikol Vovaeviç 44 günlük müharibə zamanı Putinin müharibəni dayandırmaq təklifi ilə razılaşmadığı zaman da  tətbiq edib. Yəni 20 oktyabr 2020-ci il də. \\Veteninfo.az