Saat:10:01
Haqqımızda

İmtahanda yüksək bal toplayan daha bir müəllim işsiz qalıb – “İnanın, bundan narazı olan minlərlə müəllim var…”

2022-10-06 16:55:00

İmtahanda yüksək bal toplayan daha bir müəllim işsiz qalıb – “İnanın, bundan narazı olan minlərlə müəllim var…”

Hurriyyet.az saytında “İMTAHANDA 80 BAL TOPLAYAN MÜƏLLİMƏ İŞSİZ QALDI” sərlövhəli yazı dərc etmişdik. Şikayətçi Sumqayıt şəhər sakini Əkbərova Ləman Rauf qızı tərəfindən redaksiyamıza göndərilən məktubda qeyd olunurdu ki, MİQ imtahanında 80 bal toplasa da, işə qəbul ola bilmir.

Sumqayıt şəhər sakini Lətifə Bəkirova da eyni problemlə üzləşib. Redaksiyamıza məktub göndərən Lətifə xanım deyir ki, Müəllimlərin İşəq Qəbulu (MİQ) müsabiqəsində iştirak edərək 77,5 bal toplasa da, hələ də işlə təmin edilməyib:

Müəllimlərin İşə Qəbulu (MİQ imtahanında 100 baldan 77,5 bal toplamışam. Yetərli bal toplasam da, Sumqayıt şəhərində vakansiya az olduğu üçün hələ işlə təmin edilməmişəm. 15 gündən çoxdur ölkədə zənglə yerləşdirilmə başlayıb, Sumqayıt şəhərində 4 nəfər işə qəbul edilib. Sosial məzuniyyət yerinə belə, təklif yoxdur. Keçən il belə deyildi. Bu il vəziyyət çox pisləşib. Bu, birinci problem.

İkinci problem odur ki, nazirimizin yeni qərarına görə, ancaq birinci tura düşən müəllimlər müsahibədən keçib, daimi işləyə bildilər. Digər turlara düşənlər müqavilə ilə oldu. Bu nə dərəcədə doğrudur? İnanın, bundan narazı olan minlərlə müəllim var. Həm də bu uşaqlar hər il bir müəllim görməlidir və biz hər il kurslara pul töküb hazırlaşmalıyıq?

Təhsil sistemimiz bizi heç düşünmür. 65 yaşı tamam olan müəllimlərin uzadılan müqaviləsini heç demirəm. Çox xahiş edirəm, bizə də dəstək olun, yardım əlinizi uzadın. Biz də müəllim kimi fəaliyyət göstərmək, uşaqlara gözəl təhsil vermək istəyirik”.

Hurriyyet.az

Redaksiyadan: Mövzu ilə bağlı Təhsil Nazirliyinin mövqeyini dərc etməyə çalışacağıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR