Saat:02:14
Haqqımızda

İmtahan qalmaqalı böyüyür: Nəticələr ləğv edilsin - BƏYANAT

2022-07-18 16:23:00

İmtahan qalmaqalı böyüyür: Nəticələr ləğv edilsin - BƏYANAT

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi MİQ imtahanları ilə bağlı bəyanat yayıb.

Hurriyyet.az
-ın məlumatına əsasən, bəyanatda deyilir:

"Bildiyiniz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərində işə qəbul üzrə MİQ imtahanı keçirilir.

Cari ildə keçirilən MİQ imtahanında istifadə olunan test tapşırıqlarının maddi maraq qarşısında digər şəxslərə verilməsi faktı qeydə alınıb və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən rəsmi etiraf edilib.

Biz hesab edirik ki, MİQ imtahanının keçirilməsinə əsaslı şübhələr var və cari il üçün keçirilən bütün imtahanlar, onun nəticələri ləğv edilməlidir.

2022-ci il üçün MİQ imtahanın keçirilməsi üçün müəyyən edilmiş bütün rəhbər və müəllif - ekspert heyyəti təcili olaraq istefa verib uzaqlaşdırılmalı, onun ardınca hüquq-mühafizə orqanları bu şəxlər barədə araşdırma aparılmalıdır".

Bir daha Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi Təhsil Nazirliyi tərəfindən 2022-ci ildə keçirilən imtahanların nəticəsinin ləğvini tələb edir və bütün imtahan nəticələrini etibarsız hesab edir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR