İmran Xanın müttəfiqi səsvermədə qalib oldu

2023-01-12 15:02:00

İmran Xanın müttəfiqi səsvermədə qalib oldu

Huriyyet.az xəbər verir ki, Pakistanın Pencap vilayətində koalisiya hökuməti ilə siyasi böhran İmran Xanın xeyrinə nəticələnib. Yerli mətbuatın yazdığına görə, koalisiya hökumətinin İmran Xanın ittifaq qurduğu Pəncab vilayətinin Baş naziri Pərviz İlahiyə qarşı tələb elədiyi etimad səsverməsi bu gün keçirilib.

Səsvermədə İmran Xanın lideri olduğu Pakistan Ədalət Hərəkatı (PTİ) ilə Pakistan Müsəlman Liqası – Kaidi Əsəm Qrupunun (PML-Q) birgə namizədi İlahi 371 səsdən 186-nı qazanaraq etimad səsverməsinin qalibi olub.

Qarşı tərəfin nümayəndələri səsverməni bokyot ediblər. Federal Daxili İşlər naziri Rana Sanaullah səsvermə prosesinin Konsitusiyaya zidd şəkildə keçirildiyini iddia edərək, məhkəməyə müraciət edəcəklərini söyləyib.

2022-ci il iyulun 26-da Pərviz İlahi Pəncabın Baş naziri seçilmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.146092