İmran Xan Nobel mükafatı ala bilər

Hurriyyet.az xəbər verir ki, Pakistanın keçmiş Baş naziri İmran Xanın Nobel mükafatına namizədliyi irəli sürülüb. Bu təkliflə "Pakistan World Alliance" (PWA) adlı hüquq müdafiəsi təşkilatı çıxış edib. Təşkilatın açıqlamasında deyilir: "Biz Pakistanda insan haqları və demokratik dəyərlərə verdiyi töhfəyə görə İmran Xanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdük".
mran Xan ikinci dəfədir ki, nüfuzlu mükafata namizəddir. 2019-cu ildə Hindistanla hərbi gərginliyi azaltmaq səylərinə görə Pakistanda Nobel Sülh Mükafatına namizəd göstərildi və daha sonra Pakistan parlamentində onun namizədliyini dəstəkləmək üçün qətnamə təqdim edildi. Bununla belə, Xan “Kəşmirlə bağlı Pakistan-Hindistan mübahisəsinə yekun həlli gətirən və yarımqitədə sülhə yol açan” siyasətçiyə verilməli olduğunu deyərək, Nobel mükafatına layiq olmadığını bildirmişdi.
Hürr Tərcüman
