İmran Xan hökumətin qarşısına 2 şərt qoydu və 6 gün möhlət verdi

2022-05-26 13:07:00

İmran Xan hökumətin qarşısına 2 şərt qoydu və 6 gün möhlət verdi

Hurriyyet.az “Star” nəşrinə istinadla xəbər verir ki, Pakistanda keçmiş Baş nazir İmran Xan seşkilərin tarixinin müəyyənləşdirilməsi və parlamentin buraxılması üçün hökumətə 6 gün möhlət verərək paytaxt İslamabad şəhərindəki yürüşü dayandırıb.

İmran Xan İslamabad şəhərinin “Doqquzuncu bulvar”ında “Təhrik i İnsaf “ (Pakistan Ədalət Hərəkatı) Partiyasının  üzvlərinə müraciət edərək hökumətin seçkilərin tarixini müəyyənləşdirməsi və məclisi buraxması üçün 6 gün möhlət verdiyini bildirərək, etiraz nümayişlərini dayandırıb. Hökumətin bu tələbləri yerinə yetirməyəcəyi təqdirdə paytaxtda yürüşlər yenidən başlayacaq.

O, hökumətin polislə xalqı qarşı-qarşıya gətirmək və anarxiya yaratmaq istədiyini söyləyib.

Xatırladaq ki, aprelin 10-da Pakistan parlamentinin etimadsızlıq səsverməsi nəticəsində (174 səs əleyhinə) İmran Xan Baş nazir vəzifəsindən istefa vermişdi.

Aprelin 11-də keçirilən seçkilərdə səs çoxluğu ilə (174 səs lehinə) Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib. O, üç dəfə ölkənin Baş naziri seçilmiş Navaz Şərifin qardaşıdır.

İmran Xan vəzifədən çıxarılmasının arxasında ABŞ dövlətinin durduğunu bəyan edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya