Saat:18:24
Haqqımızda

İmran Ağayev və adamlarının işi - Müqaviləsi bitən işçilərdən yeni müqavilə üçün pul tələb edilib

2021-12-04 12:39:00

İmran Ağayev və adamlarının işi - Müqaviləsi bitən işçilərdən yeni müqavilə üçün pul tələb edilib

FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hospitalın baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahidlər dindirilib.

Hospitalda xəstə baxıcısı işləmiş Kamil Əliyev deyib deyib ki, tanışı Ruslanın atası koronavirusa yoluxanda ora yerləşdirmək istəyiblər. Buna görə təqsirləndirilən Rüfət Vəlizadəyə müraciət edib.

R.Vəlizadə bunun üçün "3 dənə lazımdır" deyib. Kamil Əliyev də bunu 300 manat kimi başa düşüb. Amma məbləğ 3 min manat imiş. Xəstənin yaxınları bu məbləği ödəyə bilmədiyi üçün onu oradan çıxarıblar.

Şahid İlkin Rəfiyevin ifadəsindən isə məlum olub ki, hospitalda müqaviləsi bitən işçilərlə müqaviləni uzatmaq üçün pul tələb edilib.

Rəsmi itihama görə, İmran Ağayev Hospitala müxtəlif yerlərdən Təcili Tibbi Yardım avtomobilləri ilə gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib.

Amma özünün direktoru olduğu "Medi Style" MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri ilə xidmət haqqı ödənilməklə gətirilən xəstələrin qəbulunu tezləşdirib, onlar üçün yer problemi yaşanmayıb.

İ.Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən özünə məxsus klinikanın təcili yardımları ilə hospitala aparılması üçün 300-1500 manat olmaqla cəmi 51.599 manat pul alıb.

Həmçinin müəyyən edilib ki, həmin məbləğin cəmi 7.500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ isə İ.Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib.

Bundan başqa, İ.Ağayevin hospitalda nəqliyyat şöbəsinin rəhbəri olmuş R.Vəlizadə ilə də birgə cinayət əməlləri sübuta yetirilib. Belə ki, xəstələrin hospitala yerləşdirilməsi, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və s. təminatla təchiz edilmələri müqabilində xəstələrdən və ya onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaiti rüşvət qismində yığılıb. Bu məbləğ minimum 500 manat, maksimum isə 4 min manat civarında olub. Hospitalın VİP korpusunda qiymət çox zaman 3000 manat olaraq xəstə yaxınlarına təklif edilib.

İstintaqla müəyyən edilib ki, xəstələrdən Zaməddin Məmmədov hospitala qəbul edilib "VİP korpusu"a yerləşdirilib. Bunun üçün ondan 3000 manat tələb edilib. Amma Z.Məmmədov başda məbləği 300 manat kimi başa düşüb. Onu xəstəxanaya yerləşdirəndə bilib ki, məbləğ 3000 manatdır. Deyilən məbləği ödəyə bilmədiyi üçün oradan çıxarılıb.

İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bildirək ki, təqsirləndirilən şəxslər koronavirus xəstələrinə Hospitala yerləşdirmək üçün onlardan pul almaqda ittiham olunurlar.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR