İmişlidə məktəbli qızın meyiti tapıldı
2025-05-16 19:18:01

İmişlidə 15 yaşlı qızın meyiti tapılıb.
Hurriyyet.Az lent.az-a istinadla xəbər verir ki, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb.
9-cu sinif şagirdi Mütəllimova Türkan Fariz qızının meyiti yaşadığı evin həyətində yerləşən yarımtikilidə aşkar edilib.
Məktəblinin ölümü ilə bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
