İMİŞLİDƏ “DOST MƏRKƏZİ”NİN İŞÇİLƏRİ ETİRAZA QALXDI – Onlar maaşlarının kəsilməsinə etiraz edir / FOTOLAR

2022-06-03 16:47:00

İMİŞLİDƏ “DOST MƏRKƏZİ”NİN İŞÇİLƏRİ ETİRAZA QALXDI – Onlar maaşlarının kəsilməsinə etiraz edir / FOTOLAR

İmişlidə “DOST” mərkəzinin və kommunal təsərrüfat idarəsinin işçiləri rayon İcra Hakimiyyəti qarşısında etiraza qalxıblar.

Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, 100 nəfərə yaxın sakin maaşlarının kəsilməsinə etiraz ediblər.

Məlumata əsasən, polisin müdaxiləsi ilə aksiyaçıların bir qrupu dağıdılsa da, bəzi sakinlər öz haqlarını əldə etməyənədək ərazini tərk etməyəcəklərini bildiriblər.

Mənbənin verdiyi məlumata əsasən, aksiya zamanı Azad adlı rayon sakini polislər tərəfindən saxlanılıb.

O da qeyd olunur ki, problemin yaranmasına səbəb İmişlidəki “Spirtzavod”un direktorunun axtarışda olan qardaşının icra başıçısı tərəfindən kommunal təsərrüfat idarəsinin müdiri təyin olunmasıdır. İddialara görə, başçının yaxın adamı olan bu şəxs qanunsuz olaraq işçilərin maaşını kəsdiyi üçün belə bir problem meydana çıxıb.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya