Saat:11:09
Haqqımızda

İmişli icra hakimiyyəti acınacaqlı vəziyyətdə yaşayan ailəyə kömək etmədi - BÜDCƏDƏ PULLARI YOXDUR

2021-11-30 15:41:00

İmişli icra hakimiyyəti acınacaqlı vəziyyətdə yaşayan ailəyə kömək etmədi - BÜDCƏDƏ PULLARI YOXDUR

Redaksiyamıza müraciət edən İmişli sakini yaşadığı evin dağıntılı vəziyyətdə olmasından şikayətlənib. Vəziyyət o həddə çatıb ki, Nəsirovlar ailəsi ilanlarla yaşamaq məcburiyyətində qalıb. Sözügedən ailə sosial müavinətlər də ala bilmir. Dəfələrlə aidiyyatı qurumlara müraciət edildiyini deyən Anur Nəsirova saytımız vasitəsilə ölkə başçısına müraciət edib:

"İmişli rayonunda yaşayıram. İki övladım var. Evdar qadınam. Yoldaşım da fəhlə işləyir. Hazırda yaşadığımız yer acınacaqlı vəziyyətdədir. Qaldığımız ev uçub, yayda ilanlar evə daxil olur. Keçən il evimiz dağıldı. Məcbur qalıb, köhnə kərpiclə evimizin dağılan yerini düzəltdik. Əgər, bunu etməsəydik, ilanlar evə daxil olacaqdı. İlanlarla yaşamaq məcburiyyətində qalacaqdıq. Hazırda isə havalar soyumaq üzrədir. Qışa doğru isə vəziyyətimiz daha da pis duruma düşür. Yağış yağdıqca, güclü külək əsdikcə köhnə ev bir az da dağılır. Ötən gün övladımın paltarını götürmək istəyəndə, paltarların olduğu yerdən ilan çıxdı. Həmin gün qızım çox pis qorxdu. Məktəbə də gedə bilmədi. Hazırda qonşular bizə yardım etməyə çalışır. Nə sosial yardım, nə də digər müavinətlər ala bilmirik. Hətta, sərt karantin vaxtında verilən 190 manat da bizə verilmədi. Sosial yardım üçün müraciət etdik. Dedilər ki, sizə yardım düşümür. Keçən il bütün lazım olan sənədləri təqdim etmişik. Səkkiz ildir ki, kirayələrdə qalmışıq. Dörd il əvvəl atam bu evi bizə alıb. Bu evdə dağınıq vəziyyətdədir. Yoldaşımın daimi işi yoxdur. Fəhləlik edir.  Özü də xəstədir. Belindən əməliyyat olunmalıdır. İmkan olmadığına görə əməliyyat oluna bilmir. Yay fəslində evə hava girmədiyinə görə, çöldə yatmaq məcburiyyətindəyik. İmişli rayon İcra hakimiyyətindən evə baxış keçirilib. Lakin, heç bir köməklik edilməyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan xahiş edirəm ki, bizə köməklik göstərsinlər".

Nəsirovlar ailəsinin mövcud problemi saytımızda işıqlandırıldıqdan sonra İmişli rayon İcra Hakimiyyətinin məsul şəxsləri dağıntılı vəziyyətdə olan evə baxış keçiriblər. Lakin həmişəki kimi büdcədə pul olmadığını deyərək ailəyə köməklik etməkdən imtina edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR