İMDAD, YA RƏB! - Professor İdris Abbasob yazır

2022-04-28 16:24:00

İMDAD, YA RƏB! - Professor İdris Abbasob yazır

Gücləndirici dərman vasitələrinin təyin edilməsi xərçəng hüceyrələrini qidalandırır və ölümü tezləşdirir. Çünki bu xəstəliyin dəqiq etiologiyası (səbəbi) tibbə məlum deyil.

Akademiyaya çoxlu pul vəsaitinin ayrılmasını, maaşların çoxaldılmasını böhrandan çıxış yolu kimi dəyərləndirmək sadəlövhlükdür. Çünki xərçəngdən fərqli olaraq bu qurumun keçirdiyi dərin böhranın SƏBƏBİ məlumdur. Həmin səbəbin aradan qaldırılması akademşəbəkənin zərərli, yeyimcil və dağıdımcıl üzvlərinə sərf etmədiyinə görə düzgün "müalicə" getmir. Səbəbin gizlədilməsi və yanlış müdaxilə şəraitində qüvvətləndirici vasitələr (dövlətin ayırmaları, qrantlar və s.) yalnız "metastaz" verib orqanizmi məhv edə bilər. Proses gözümüzün qarşısında baş verir.

PS. Bir akademikin bir cücəsi oğurlansa, aləmi dağıdar. Di gəl ki, qurumda dövlətin milyonları, millətin gələcəyi çalındığı halda həqiqəti deyən tapılmır, hər kəs yalan uydurur. Bir də ki, "qənimət"ə şərik olanların özləri özlərini heç vaxt cəzalandırmayacaq, yəni "yara"nın üstünü qüvvətləndirici vasitələrlə malalayıb sağalmasına imkan verməyəcək, sonadək ona milyonlar xərcləyəcəklər. Halbuki həmin yaranı cüzi bir vəsaitlə vaxtında əməliyyat edib orqanizmi xilas etmək olardı. Ağlı başdan alan akademik tamah buna imkan vermədi. Baş o qədər itib ki, öz taleləri də yaddan çıxıb. İmdad, ya Rəb!

İdris ABBASOV,

Professor


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya