Saat:03:32
Haqqımızda

"İmamoğlu Ərdoğanın siyasi karyerasını eynilə təkrarlayacaq" - NATİQ CƏFƏRLİ

2024-04-02 11:45:00

"Azərbaycan da bunu anlamalı dövlətlərarası münasibətlərdə İmamoğlu faktorunu indidən hesaba qatmalıdır"

"CHP getdikcə daha çox siyasi olaraq "mərkəzə" yaxınlaşacaq, "soldan" addım-addım uzaqlaşıb "mərkəz" olacaq"

"Türkiyəyə diktatura, Ərdoğana diktator deyənlər bir az utansınlar, dürüst seçki keçirən, uduzduğunu qəbul edən, səsə, seçiciyə önəm verən yerdə diktatura ola bilməz". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq hesab edir ki, qardaş Türkiyəni ordu quruculuğunda örnək alırıqsa, təhlükəsizlik konsepsiyasında, xarici siyasətdə birgə addımlayırıqsa, idarəetmə sistemlərimizi də uyğunlaşdırmalıyıq: "Yerli önünüidarə sisteminə keçməli, mer institutunu təsis edib birbaşa seçkilər keçirməli, paralel olaraq da 14 iqtisadi rayonu inzibati ərazi vahidinə çevirərək valilik (prezidentin şəxsi nümayəndəsi) institutu yaratmalıyıq. Türkiyə demokratik ölkə yolunda addımladığını göstərdi, bu seçkidən sonra Türkiyənin Qərblə yaxınlaşması sürətlənəcək, iqtisadiyyatda yaranmış problemlərin tədricən həll edilməsinə şahidlik edəcəyik".

Natiq Cəfərlinin fikrincə, bu seçki həm də 2028-ci ildə Türkiyənin növbəti prezident seçkilərində ən güclü namizədin adını da açıqladı: "Əkrəm İmamoğlu Ərdoğanın siyasi karyerasını eynilə təkrarlayacaq. O da İstanbulda mer olduqdan sonra siyasətin 1 nömrəsi oldu, son 22 ildə ölkəni idarə etməyi bacardı. Azərbaycan da bunu anlamalı dövlətlərarası münasibətlərdə İmamoğlu faktorunu indidən hesaba qatmalıdır. Bundan başqa, ümid edirəm ki, qardaş Türkiyənin demokratiyaya yaxınlaşması, Azərbaycanın Türkiyədən uzaqlaşmasına səbəb olmayacaq. Türkiyədə son seçki həm də Klıcdaroğlunun ciddi məğlubiyyəti, köhnə CHP zihniyyətinin bitməyə doğru getməsi ilə yadda qaldı. CHP getdikcə daha çox siyasi olaraq "mərkəzə" yaxınlaşacaq, "soldan" addım-addım uzaqlaşıb "mərkəz" olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199797