"İmamoğlu CHP-nin olduğu qədər mənim də oğlumdur" - KAMAL KILIÇDAROĞLU

2022-12-20 15:47:00

Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu partiyasının qrup toplantısındakı çıxışı zamanı daxili işlər naziri Süleyman Soylunun İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna yönəlik "Əgər məhkəmə qərarı qəti olarsa, onu vəzifəsindən azad edəcəm" ifadəsinə cavab verib.

Hurriyyet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kılıcdaroğlu "İmamoğlu sizin üçün böyük loxmadır. Boğazında ilişib boğularsan. Sizi boğacağıq", deyə bildirib.

O, həmçinin İmamoğlu ilə ata oğul kimi olduqlarını da vurğulayıb: "O, CHP-nin oğlu olduğu qədər mənim də oğlumdur. Sən kim, Əkrəm İmamoğlu kim... Əkrəm İmamoğlunun dırnağı da ola bilməzsən. İmamoğlunun adını ağzına almaq üçün əvvəlcə ağzını yumaq lazımdır".

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143925