“İmam Mehdi”nin məhkəməsində vəkilə hücum edildi

2022-09-14 11:01:00

“İmam Mehdi”nin məhkəməsində vəkilə hücum edildi

Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Ceyhun Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsində hücuma məruz qalıb.

Hurriyyet.az xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş şəxslər təqsirləndirilən Aqil Babayevi və onun vəkili Ceyhun Yusifovu təhqir ediblər.

Məhkəmə heyəti və təqsirləndirilən şəxs zaldan çıxdıqdan sonra isə zərərçəkmişlər vəkil Ceyhun Yusifova hücum ediblər. 

Məhkəmə nəzarətçiləri insidentin qarışını alaraq vəkili arxa qapıdan çıxarıblar.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur. 

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.074521