Saat:05:14
Haqqımızda

İlon Maska insanların beyninə çip yerləşdirmək ixtiyarı verildi – Bəşəriyyəti nə gözləyir?

2023-05-26 11:48:00

İlon Maska insanların beyninə çip yerləşdirmək ixtiyarı verildi – Bəşəriyyəti nə gözləyir?

Hurriyyet.az xəbər verir ki, İlon Maskın “Neyrolink” şirkətinə indən belə insanların baş beyinlərində yerləşdirilən neyroçiplərin yerləşdirilməsi ilə bağlı klinik sınaqlar keçirilməsinə icazə verilib. Bu icazəni ABŞ-ın Ərzaq və Tibb Məhsullarının Keyfiyyətinə Nəzarət İdarəsi (FDA) verib.

Meymunlar üzərində aparılan sınaqlar bu texnologiyanın işə yaradığını göstərib. Beynində implant olan heyvanlar sakitcə stulda oturaraq kompüter “siçanını” düşüncə gücü ilə hərəkət etdirərək Pong oyununu oynaya biliblər.

Milyarder gələcəkdə özünə çip yerləşdirmək istədiyini bildirib. Perspektivdə çipin elektronika ilə işləməklə yanaşı, əl və ayaqların hərəkətliliyini qaytaqmaq, depressiyalarla mübarizə aparmaq, beyin zədələnmələrini müalicə eləmək, eşitmə imkanını qaytarmaq, başqa problemləri aradan qaldırmaq imkanı verəcəyi söylənilir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR