İlon Mask Trampa qarşı qadağanı ləğv edəcəyini bildirdi

2022-05-11 18:25:00

İlon Mask Trampa qarşı qadağanı ləğv edəcəyini bildirdi

Hurriyyet.az xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Tvitter”dəki hesabına qoyulmuş qadağanın ləğv ediləcəyini bildirib.

Mask deyib: “Bu qadağan əxlaqi cəhətdən pis və axmaq bir qərar idi. Donald Trampı qadağan eləmək düzgün deyildi. Bu bir səhv idi”.

Mask “Tvitter”i aldıqdan sonra Trampa qarşı tətbiq edilən qadağanı ləğv edəcəyini bildirib.

Bəlli olduğu kimi, 2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarının ABŞ Konqresinin binasına hücumundan sonra Trampın “Feysbuk” və “Tvitter” şəbəkələrindəki hesabları tamamilə bağladılmışdı. Bu qərar söz azadlığının əngəllədiyi üçün ABŞ-da geniş müzakirələrə səbəb olmuşdu.

“Tvitter”in idarə heyəti 44 milyard dollar qarşılığında şəbəkəni İlon Maska satmaq təklifini qəbul eləmişdi.

Tramp “Tvitter”in İloan Maska satılmasını müsbət qiymətləndirmiş, lakin “Tvitter”ə qayıtmayacağını, öz şəxsi şəbəkəsi olan “Truth” sosial platformasında fəaliyyətə davam edəcəyini bildirmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya