Saat:21:54
Haqqımızda

İlon Mask Trampa aylıq 45 milyon dollar verəcək?

2024-07-24 17:50:25

İlon Mask Trampa aylıq 45 milyon dollar verəcək?

Amerikalı ixtiraçı-milyarder İlon Mask ABŞ-ın keçmiş lideri Donald Trampı dəstəkləmək üçün ayda təxminən 45 milyon dollar verəcəyi ilə bağlı çıxan xəbərləri təkzib edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

“Mən heç vaxt Trampa ayda 45 milyon verəcəyimi deməmişəm. Bu, sadəcə olaraq, yalandır”, - deyə Mask özünə məxsus olan “X” sosial şəbəkəsində (keçmiş Tvitter) dərc olunan müsahibəsində bildirib.

İlon Maskın sözlərinə görə, o, yalnız “demokratiya və şəxsi azadlığı dəstəkləyən namizədləri dəstəkləmək” məqsədi daşıyan bir komitə yaradıb.

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.245398