Saat:23:08
Haqqımızda

İlon Mask Roma papası ilə görüşdü

2022-07-02 13:17:00

İlon Mask Roma papası ilə görüşdü

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, amerikalı milyarder İlon Mask “Tvitter” səhifəsindəki açıqlamasında Roma papası Fransisk ilə görüşdüyünü bəyan edib.

Mask bu görüşün onun üçün böyük şərəf olduğunu yazıb, özünün dörd uşağı ilə bərabər Roma papası ilə birgə çəkdirdiyi fotonu da paylaşıb.

İtaliyanın “La Repubblica” qəzetinin yazdığına görə, Vatikanda keçirilən görüş 40 dəqiqə davam edib.

İlon Mask ilə Roma papası “bəşəriyyətin gələcəyinin və ətraf mühitin problemlərini” müzakirə ediblər.

Hürr Tərcüman

Изображение

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR