Saat:17:01
Haqqımızda

İlon Mask: "Putin məğlub olmayacaq"

2024-02-13 17:00:22

İlon Mask:

Hurriyyet.az xəbər verir ki, amerikalı biznesmen, X sosial şəbəkəsinin sahibi İlon Mask Rusiya Prezidenti Vladimir Putinin "heç bir halda müharibədə uduzmayacağını" bildirib. Bu barədə məlumatı "Blumberq" nəşri verib. 
X sosial şəbəkəsinin"X Spaces" forumundakı diskussiya zamanı amerikalı senator Ron Conson Ukraynanın qələbəsinə inanan hər kəsin "fantaziya dünyasında" yaşadığını bildirib. Mask da onunla razılaşaraq Ukraynaya hərbi dəstək verməyə qarşı çıxıb. Maskın fikrincə, Putin "heç bir halda Ukraynadakı müharibədə məğlub olmayacaq". Milyarderi Rusiya prezidentinin tərəfdarı olmaqda ittiham elədikləri zaman Maks bu iddiaları "absurd" adlandırıb.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.154526