Saat:04:14
Haqqımızda

İlon Mask insanlarda doğum nisbətinin aşağı düşməsindən narahatdır: “Marsa göndərəcək adam tapa bilməyəcəyik”

2022-01-20 15:53:00

İlon Mask insanlarda doğum nisbətinin aşağı düşməsindən narahatdır: “Marsa göndərəcək adam tapa bilməyəcəyik”

Dünyanın ən varlı adamı İlon Mask dünyada insanlar arasında doğum nisbətinin aşağı düşməsindən narahatlığını ifadə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı o, üst-üstə bir neçə tvit yazıb. Onun sözlərinə görə, ABŞ-da 2019-2020-ci illərdə doğum səviyyəsi 4% aşağı düşüb. Bu da 1979-cu ildən bu yana ən aşağı göstərici sayılır.

“SpaceX” kosmik şirkətinin qurucusu və baş direktoru sayılan İlon Maskın əsas hədəflərindən biri də Marsa insanları göndərməkdir. Hələ ötən il o, cəmi bir neçə il sonra xəyalını gerçəkləşdirə biləcəyini bəyan etmişdi.

“Əgər demoqrafik böhran səngiməsə biz Marsa göndərəcək adam tapa bilməyəcəyik”,-deyə İlon Mask vəziyyətdən şikayətlənib.

Ötən ay amerikalı milyarder “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə daha çox uşağın dünyaya gəlməməsi halında sivilizasiyalarına yox olacağını söyləmişdi.

Qeyd etmək lazımdır ki, İlon Mask özü 6 uşaq atasıdır.

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR