İlon Mask: ABŞ tezliklə iflasla üzləşə bilər
2024-08-30 22:29:38
Amerikalı milyarder İlon Mask hesab edir ki, ABŞ tezliklə iflasla üzləşə bilər.
Hurriyyet.Az report-a istinadən xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Dövlət xərclərinin hazırkı göstəriciləri ilə ABŞ iflasa doğru gedir. Hökumətin həddindən artıq xərcləri inflyasiyaya səbəb olur", - paylaşımda qeyd edilib.
ABŞ Maliyyə Nazirliyi iyulun 29-da məlumat yayıb ki, ölkənin dövlət borcu 35 trilyon dolları ötüb