İlkinin telefonunda nələrə baxılıb? - Ekspertiza rəyi

2022-09-07 17:40:00

İlkinin telefonunda nələrə baxılıb? - Ekspertiza rəyi

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hurriyyet.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə cinayət işinin materiallarındakı bir sıra sənədlər elan olunub.

Səslənən sənədlərdən məlum olur ki, İlkin Süleymanovun müdafiə hüququ ilkin mərhələdə pozulub. Onun ailəsi vəkil tutsa da, istintaq orqanı həmin vəkilləri uzun müddət işə buraxmayıb.

İlkin Süleymanovun vəkilləri bildirib ki, bu, müdafiə etdikləri şəxsin hüququnun kobud şəkildə pozulmasıdır.

Cinayət işinin materiallarında İlkin Süleymanovun telefon danışıqları ilıə bağlı mobil operatordan alınmış arayışlar da elan edilib.

İlkin Süleymanov deyib ki, yanvarın 6-da yanmış meyit tapılanda hadisə yerinə gələn polislər onu Tovuz rayon Polis Şöbəsinə aparıblar. Onun sözlərinə görə, həmin vaxt telefonu da onun əlindən alınıb.

İlkin Süleymanovun telefonuna ekspertiza rəyi verilib. Rəydə göstərilib ki, telefonda müxtəlif cizgi filmlərinə, şirniyyat, müğənni şəkil və videolarına baxılıb.

Rəyə əsasən, yanvarın 8-də saat 11.50-də telefonda çılpaq qadın fotosuna, transseksual şəxslərin görüntülərinə baxılıb.

İlkin Süleymanov özü də bildirib ki, telefonunda baxıldığı iddia olunan cizgi filmlərinin, çılpaq şəkil və videoların ona heç bir aidiyyəti yoxdur.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058804