İlkin Süleymanovun qardaşı Baş prokurorla görüşüb məktub verdi - Orada hansı gizli məlumatlar yer alır?

2022-04-29 17:35:00

İlkin Süleymanovun qardaşı Baş prokurorla görüşüb məktub verdi - Orada hansı gizli məlumatlar yer alır?

10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən və istintaqı davam edən İlkin Süleymanovun qardaşı Adil Süleymanov Baş prokuror Kamran Əliyevin qəbulu ilə bağlı danışıb.

Adil Süleymanov Sfera.az-ın yerli bürosuna bildirib ki, Baş prokuror onları Ağstafa rayonunda Qazax,Tovuz və Ağstafa  rayonundan olan vətəndaşları qəbul edərkən dinləyib.

"Baş prokuror cənab Kamran Əliyevlə görüşümüzlə bağlı müraciətimizə operativ cavab verilib. Bu görüşün özünü müsbət qiymətləndiririk,  çox sağolsunlar. Əmim Süleyman Süleymanovla mən görüşdüm. Görüşdə Kamran Əliyevə yazdığımız bir çox məlumatlardan ibarət məktub verdik, həmçinin bəzi məlumatları Baş prokurorun özünə dedik. Kamran Əliyev  sağolsun məsələ ilə bağlı elə bizim yanımızda bəzi tapşırıqlarını verdi. Həmçinin tapşırıq verdiki, əlimizdə olan məlumatları aidiatlı qurumlara təqdim olunsun.'- deyə A.Süleymanov bildirib.

Məlumat üçün qeyd edək ki,  cinayətdə şübhəli bilinən İlkin Süleymanovun məhkəmə prosesi bir ilə yaxındır davam edir və İlkin Süleymanov cinayət məcəlləsinin llbir neçə maddəsi ilə ittiham olunur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya