Saat:19:24
Haqqımızda

İlkin Fikrətoğlu “Qarabağ”ın əleyhinə danışanları susdurdu – Bu, bizim haramıza yaraşır?

2024-09-26 20:44:13

İlkin Fikrətoğlu “Qarabağ”ın əleyhinə danışanları susdurdu – Bu, bizim haramıza yaraşır?

Çempionlar Liqasının püşkünü gördükdən sonra əksər azərbaycanlıların beynində təxminən bu fikirlər dolaşır:

“Qarabağ” da burada olmalıydı”, “əsl “Qarabağ”ın yeri idi”, “heyf, “Qarabağ” yenə bacarmadı” və s.

Amma reallığı olduğu kimi qəbul edən, həqiqətin üzünə açıq gözlə, açıq beyinlə baxan az adam olacaq.

Çoxu qəbul etmək istəmir ki, əgər “Qarabağ” Çempionlar Liqasının əvvəllər qrupuna, indi də əsas mərhələsinə düşə bilməyibsə. demək, gücü çatmayıb, demək, o səviyyəyə hələ hazır deyil.

“Halva” deməklə ağız şirin olmur. “Qarabağ” “Braqa”nı 10 nəfərlə məğlub edib, “Bayer Leverkuzen”lə aslan kimi oynayıb. “Ludoqorets”ə 7 qol vurubsa, bu, o demək deyil ki, bütün rəqiblərini məğlub etməli, “Dinamo Zaqreb”ə Bakıda 4 qol vurmalı, Çempionlar Liqasının qapısını təpiklə açmalıdır.

Ola bilməz belə şey!

Bu, hec bir məntiqə söykənməyən çürük bir yanaşmadır. Eyni məntiqlə bolqar fanatlar gərək “Ludoqorets”in məşqçi vıə oyuncularını dar ağacından assın ki, siz 1 il əvvəl “Ayaks”a, 2 il əvvəl “Roma”ya qalib gələn “Ludoqorets”siz, Azərbaycan nə futbol ölkəsidir ki. onun çempionundan 7 qol buraxasız?

“Dinamo Zaqreb”dən isə ümumiyyətlə, danışmıram, onların nəhənglər üzərində belə təntənəli qələbələri daha çoxdur. “Qarabağ” Çempionlar Liqasının “ip”ini Zaqrebdəki ilk oyunda əldən buraxmışdı.

0:3 - bu səviyyədə oyunlar üçün geridönüşü faktiki mümkünsüz bir məğlubiyyətdir. Qurban Qurbanov da həmin oyundan sonra etiraf etmişdi ki, üçüncü top artıq oldu.

Əslində, 0:3-ə şükür etməliydik. “Dinamo”nun fərqi artırmaq üçün dəfələrlə imkanı oldu, sadəcə, bəxtimiz gətirdi.

Hə, o ki qaldı “Qarabağ”ın Zaqrebdə qaçırdığı qol şanslarına, bu cür oyunlarda belə rəqiblər səhvləri bağışlamır. Vurmasan, rəqib vuracaq.

Bəli, Juninyo, Zubir, Benzia o epizodların birini qola cevirsəydi, bəkə də hər şey başqa cür olacaqdı, amma ehtimallarla, xəyallarla danışmağı qoyaq kənara - fakt odur ki, biz 2 oyunda – 180 dəqiqə xorvatlara 1 qol belə, vura bilmıdik.

Demək, təkcə bəxt, şans söhbəti deyil. Rəqib “Qarabağ”ı daha yaxşı öyrənib, daha doğru taktika qurmuşdu, bunu etiraf etməliyik!

Rəqib daha güclü idi, bunu da qəbul etməliyik! Rəqibin daha geniş heyəti, daha səviyyəli oyunçuları vardı - bununla razılaşmalıyıq.

Xorvatiya çempionu öz oyuncularının səviyyəsinə arxayın idi. Ona görə hər iki matçda rahatlıqla, təşvişə düşmədən topu da. ərazi üstünlüyünü də “Qarabağ”a verib, sakitcə qol vurmaq üçün uyğun məqamı gözlədilər və məqsədlərinə çatdılar.

“Qarabağ” Zaqreb matçında 0:1 də oyunu çevirmək üçün irəli atıldı, şansları qaçırdı. “Dinamo”ya da elə bu lazım idi.

Fərqi artırıb, Bakıya daha rahat səfəri təmin etdilər. Biz Çempionlar Liqasına vəsiqəni ilk oyunda - Zaqrebdə uduzduq.

Cavab matçında tələskənlik. Qurban Qurbanov demişkən, ilk dəfə Çempionlar Liqasının “pley-off”unda oynayan futbolçuların həyəcanı Bakıdakı görüşdə rəqibin işinə yaradı.

21 yaşlı Baturina hər iki oyunda necə önəmli rol oynadı, hamımız gördük. Gələn il sorağı Avropanın hansı “top komandası”ndan gələcək həmin o Baturinanın.

Və yaxud Sandro Kulenoviç. 24 yaşlı forvard Zaqrebdəki oyunun qəhrəmanı oldu. Əvəzetmədən meydana çıxdı. 28 dəqiqəyə 2 qol vuraraq, matcın da, cütün də taleyini həll etdi.

Biz neylədik? 0:3 uduzanda belə, Qurban Qurban meydana buraxmağa oyuncu tapmırdı və yaxud risk etmək istəmirdi. 0: uduzan komandada bir əvəzetmə oldu, o da müdafiəçi Toral Bayramov.

Əgər sənin ehtiyatda bu cür qarşılaşmalarda həmin o Kulenovic kimi meydana cıxıb oyunun axarını dəyişəcək, taleyini həll edəcək oyunçun yoxdursa, demək, komanda olaraq Çempionlar Liqasına hazır deyilsən, nəhənglərlə mübarizə aparmaq üçün hələ böyüməmisən.

Belə görünür ki, Qurban Qurbanovun özü də hücumçular Redon Cica və ya Nəriman Axundzadəyə o qədər güvənmirdi deyə, onları Zaqrebdə əvəzetmədən oyuna buraxmadı.

Yaxşı, tək Junoinyo səviyyəli hücumçu ilə Çempionlar Liqasında “Real”, “Barselona”, “Bavariya”, “Mançester Siti” olan kampaniyaya qoşulmaq olarmı?

Olmaz!

Necə ki. “Dinamo Zaqreb” buna imkan vermədi. Çempionlar Liqasını hədəfləyən komandanın buna uyğun geniş heyəti, daha samballı - bura yaraşan oyunculaır olmalıdır.

“Qarabağ” isə bütün yayı qapıçı almaqla keçirdi. Pul xərcləmirsən, geniş heyət qurmursansa, minimum xərclə maksimum nəticə əldə edə bilməzsən. Artıq Çempionlar Liqası bu mövsümlük bizim üçün bitdi.

Amma dünyanın sonu deyil. Ötən il Çempionlar Liqasında “Rakuva” uduzanda da “Qarabağ”ı asıb-kəsənlər cox idi.

Sonra komanda Avroliqada bizə necə möhtəşəm qələbələr, anlar yaşatdı. Əminəm ki, bu il də elə olacaq.

Bir də ki, yerimizi, səviyyəmizi dəqiqi bilməliyik. Çempionlar Liqasının əsas mərhələsində 36 komanda yarışacaq.

O klublar 15 ölkəni təmsil edir. O 15 ölkənin hamısı UEFA-nın həm klub, həm milli komanda reytinqində bizdən öndədir.

O 15 ölkənin hamısının yığması yaxın illərdə Avropa və dünya çempionatlarında oynayıb, yalnız bizim millidən başqa. İndi bir “Qarabağ” Azərbaycan futbolunun səviyyəsini aşıbsa, biz göylərdə uçmalı deyilik.

Yerə enək, ayağımızı yorğanımıza uyğun uzadaq. Baxaq hansı səviyyədən, kimlərlə müqayisədən danışırıq.

“Qarabağ” 11-ci dəfədir avrokubokların qruplarında oynayacaq. Bunun yalnız 1-i Çempionlar Liqasının, 1-i də Konfrans Liqasında olub. Avroliqda isə artıq 9-cu dəfədir final mərhələsində oynayacaq “Qarabağ”.

Demək, “Qarabağ” hələ ki, bu turnirin komandasıdır. Hələ ki, bizi Avroliqadakı qələbələri ilə sevindirə bilər. Çempionlar Liqası üçün yetişməyib komanda.

Qarşıda bizi Avroliqanın yeni formatı, bir-birindən maraqlı 8 oyun, qələbə hərarətli payız gözləyir.

Üzülməyin, bu “Dinamo” məğlubiyyətini “Qarabağ” Avroliqada bizə unutdurar.

İlkin Fikrətoğlu

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194960