Saat:02:48
Haqqımızda

İlkin Çərkəzoğlu narkoloji dispanserə yerləşdirilib - DİN

2022-08-18 20:59:00

İlkin Çərkəzoğlu narkoloji dispanserə yerləşdirilib - DİN

Sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni təbliğ edən videolar yayan daha bir şəxs müəyən olunub.

Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, sosial şəbəkələrdə İlkin Çərkəzoğlu adı ilə narkotik maddələri təbliğ edən musiqili videolar yayan İlkin Hüseyli saxlanılaraq polis idarəsinə gətirilib. Onunla profilaktik söhbət aparılıb. İ.Hüseynli etdiyi səhvi səmimi etiraf edib və o, narkotik maddələri təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib.

Əlavə olaraq onun üzərinə baxış zamanı şəxsi istifadəsi üşün əldə etdiyi narkotik maddə olan marixuana da aşkar olunduğundan İ.Hüseynli barəsində inzibati tənbeh tədbiri görülüb.

O, məhkəmənin qərarı ilə məcburi müalicə üçün Narkoloji Dispanserə yerləşdirilib, araşdırmalar davam etdirilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR