İlk qadın Baş nazir idi, bir neçə saat sonra istefa verdi

2021-11-24 23:49:00

İlk qadın Baş nazir idi, bir neçə saat sonra istefa verdi

Bu gün İsveçdə Baş nazir seçilən Sosial Demokrat İşçi Partiyasının lideri Maqdalena Andersson axşam saatlarında istefa verib.

 

O, cəmi bir neçə saat hökumətin başçısı olub.

 

Bu qərara səbəb Anderssonun Ətraf Mühit Partiyasının İsveçdə azlıq hökumətini təşkil edən koalisiyadan çıxması ilə bağlı açıqlaması olub.
 

İsveç hökumətinin büdcə layihəsi parlamentdəki səsvermədə səs çoxluğu qazana bilməyib. Deputatların əksəriyyəti müxalifətin təklif etdiyi layihəni dəstəkləyib.

 

M. Andersson 2014-cü ildən İsveçin maliyyə naziri vəzifəsində çalışır. Ölkənin əvvəlki baş naziri Stefan Leuven noyabrın əvvəlində istefa verib.

 

Qeyd edək ki, İsveçdə ilk dəfə idi ki, ölkənin Baş naziri vəzifəsinə qadın seçilirdi. \\Qafqazinfo